Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:36

Buluda top atdılar evə dəydi


Foto arxiv

Gürcüstanda azərbaycanlının evinə mərmi düşüb.

APA-nın məlumatına görə, insident Laqodexi rayonundakı Qabal kəndində qeydə alıbıb.

Dolu əleyhinə topdan atəş açıldıqdan sonra mərmi kənd sakini Nadir Aslanovun evinin damına düşüb və yanğın başlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda Laqodexi rayon rəhbərliyi və yerli fövqəladə hallar xidməti tərəfindən müvafiq tədbirlər görülür, evə dəyən ziyanın həcmi hesablanır.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

XS
SM
MD
LG