Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:59

Boeing-in Türkiyə meneceri qadın oldu


Ayşem Sargın Işıl
Ayşem Sargın Işıl

Boeing şirkəti Ayşem Sargın Işılı Boeing Türkiyə şirkətinin baş direktoru təyin edib.

Boeing şirkəti Ayşem Sargın Işılı Boeing Türkiyə şirkətinin baş direktoru təyin edib.

Türkiyədə bu vəzifəyə ilk dəfədir ki, qadın təyin edilir.

Xanım Işıl Ankara ofisinə rəhbərlik edəcək və bilavasitə Boeing-in Yaxın Şərq, Şimali Afrika və Türkiyə (MENAT) bölümünün prezidenti Bernie Dunn-a hesabatlı olacaq.

Boeing-ə gəlməzdən əvvəl xanım Işıl General Electric şirkətinin hökumətlə əlaqələr sektoruna rəhbərlik edib.

Onun rəhbərliyi altında GE şirkətinin Türkiyə qanadı xeyli uğurlar əldə edib.

Daha əvvəl isə o, BP Türkiyə şirkətində xarici əlaqələrə məsul şəxs idi.

Ayşem Sargın Işıl biznes həyatına qədəm qoyanadək 10 il ABŞ-ın Ankara səfirlyində çalışıb.

XS
SM
MD
LG