Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 18:14

Abışov yenidən "Qəbələ"də


Qəbələ futbol klubunun oyunçuları

"Qəbələ" Vüqar Nadirovdan sonra daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubun rəsmi məlumatına görə, keçmiş kapitanı Ruslan Abışovla yenidən bir araya gəlib və onunla mövsümün sonunadək müqavilə imzalanıb.

28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi.

Bunadək isə futbolçu 2006-2012-ci illərdə "Neftçi" də,2012-2013 illərdə "Xəzər Lənkəran"da, 2013-2015-ci illərdə Kazanın “Rubin" klubunda, 2014-1015-ci illərdə isə "Qəbələ"də çıxış edib.

Abışov Azərbaycan yığmasında 45 oyun keçirib və 4 qol vurub.

XS
SM
MD
LG