Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:08

“Siyasi iynələmə”: Küçələrin adını dəyişmək oyunu


-

Bundan sonra rus diplomatları Kiyevdə Könüllü Batalyonlar küçəsində fəaliyyət göstərəcəklər.

Rəsmi Kiyev Rusiya konsulluğunun yerləşdiyi küçənin adını dəyişdirərək Şərqi Ukraynada rusiyapərəst seperatçılara qarşı vuruşan könüllü batalyonların şərəfinə adlandırıb.
Kiyev şəhər şurası bu qərarı keçən həftə verib. Yeni ünvan onlara Donbasda seperatçılara qarşı vuruşan vətənpərvərləri xatırladacaq.​

Bununla da rəsmi Kiyev şərqi Ukraynada seperatçılara dəstək verən Rusiyanı “iynələyir”. Əvvəllər bu küçə İkinci Dünya müharibəsi zamanı Moskvanın müdafiəsində iştirak edən bir qrup Sovet Ordusu əsgərləri olan Panfilovçuların adını daşıyırdı. Küçələrdə tabloların dəyişdirilməsi hələ tam başa çatmasa da, Google Maps indidən onu Könüllü Batalyonlar kimi göstərir.
Küçə adlarını qəyişdirməklə siyasi rəqibləri özündən çıxarmaq köhnə fəndlərdəndir. ABŞ-dan tutmuş İrana kimi bir çox ölkələr bu yoldan istifadə etməklə rəqib ölkəni qıcıqlandırırlar. Azərbaycanlıların dediyi kimi ilanın zəhləsi yarpızadan gedər, o da yuvasının ağzında bitər.

İNGİLİS SƏFİRLİYİ TEHRANDA İRLAND QƏHRƏMANLA...

İndi də tarixə nəzər ataq. 1981-ci ildə İran Böyük Britaniya səfirliyinin yerləşdiyi küçənin adını Winston Churchill-dən Bobby Sands-a dəyişdirmişdi. Bobby Sands Müvəqqəti İrland Reşpublikaçı Ordusunun məşhur fəallarından biriydi. Elə həmin il Britaniya həbsxanasında İrlandiyada Britaniya idarəsinə etiraz olaraq aclığa başlamış, nəticədə ölmüşdü. Bu addım Britaniyanın ciddi narazılığına səbəb olmuş və səfirlik həmin küçədən girişi bağlayaraq əks tərəfdəki küçədən açmışdı. Beləliklə də faktiki ünvan dəyişmişdi. Amma keçən ay Britaniya hakimiyyəti yenidən girişi Bobby Sands küçəsindən açacağını elan etmişdi. Çünki 2011-ci ildə tehranlılar Britaniyanın İranın nüvə proqramı üzündən tətbiq etdiyi sanksiyadan hiddətlənərək səfirliyi qarət etmişdilər.

VAŞİNQTON SAXAROVUN ADINI VERDİ

1984-cü ildə Vaşinqton Sovet İttifaqının səfirliyi yerləşən küçəni dissident və hüquq müdafiəçisi Andrey Saxarovun şərəfinə dəyişdirmişdi. Bu iki faktı əlaqələndirmək dəqiq olmasa da, Sovet İttifaqı tezliklə uzun illərin qadadağasından sonra Saxarova Moskvaya qayıtmağa icazə verdi.
Hindistan və Çin də eyni üsuldan istifadə edib. Kommunist rejiminin hələ başlanğıcında Çinin Şanxay şəhərində ABŞ səfirliyi yerləşən küçənini adı dəyişdirilərək Anti-Revizionizm Yolu (mövcud doktrinaya yenidən baxışdan imtinanı nəzərdə tutan konsepsiya – red.) adlandırılmışdı. Beləliklə, bu ölkə Sovet İttifaqı ilə antiamerikanizm həmrəyliyi göstərmişdi.
Hindistanda isə kommunist məmurlar Vyetnam müharibəsinin qızğın vaxtında Kəlküttədəki ABŞ səfirliyi yerləşən küçəni Ho Chi Minh Sarani-nin şərəfinə adlandırmışdı. Sarani müharibənin böyük hissəsini Vyetnama rəhbərlik etmiş və bu ölkənin inqilabi lideri idi.

KÜÇƏ ADLARI YENƏ DƏYİŞDİRİLİR

Günü bu gündə küçə adlarının siyasi yönümdə dəyişdirilməsi ilə opponentlərə təsir etmə praktikası zəifləməyib. ABŞ senatoru Ted Cruz Kuba səfirliyi qarşısındakı küçənini adının dəyişdirilərək Vaşinqtonda öldürülən kubalı dissident Oswaldo Paya-nın şərəfinə adlandırılması üçün lobbiçilik edir.
Kuba hakimiyyətinin tənqidçisi olan Paya 2012-ci ildə öz həmfikiri Harold Cepero ilə birlikdə avtomobil qəzasında ölüb. Onun tərəfdaşları və davamçıları Kuba hakimiyyətini bu qəzanın təsadüfi olmamasında ittiham edirlər.

Keçən ilsə Vaşinqtondakı Çin səfirliyinin qarşısındakı küçənini Çinin məşhur dissidentlərindən biri olan Liu Xiaobo -nun şərəfinə dəyişdirilməsi təşəbbüsü Pekindəki hakmiyyət məmurlarının qəzəbinə səbəb oldu.

Bu arada Berlində də fəallar ABŞ səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilərək MKİ-nin keçmiş əməkdaşı Snoudenin şərəfinə adlandırılmasına ümid edirlər. O böyük miqyasda dövlət izləmə proqramını ifşa edən ciddi sənədləri yaydığı üçün məsuliyyət daşıyır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG