Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Bakı Asiya Universitetinin tələbələri oxuyacaq


Foto arxiv

270 tələbəsi olan Bakı Asiya Universitetinin tələbələri təhsillərini “Azərbaycan”, “Qərb”, “Təfəkkür” və “Odlar Yurdu” ali mətktəblərində davam edirəcək.

Bir neçə ay əvvəl Bakı Asiya Universiteti tələbələrin başqa ali məktəblərə yerləşdirilməsinə razılıq vermək üçün Təhsil Nazirliyinə müraciət etmişdi. Təhsil Nazirliyi universitetin xahişini təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərini davam etdirməsinə razılıq verib.

Prorektor Rəhilə Nağıyeva AzadlıqRadiosuna deyib ki, Asiya Universitetində təhsil haqları 3 min manat idi. Tələbələr üçün problem olmasın deyə, bu məsələ öncədən həll olunub:

“Digər universitetlərə ixtisaslar 3 min manatdan az olsa, az ödəyəcək, çox olsa isə elə 3 min manat ödəyəcəklər”.

Rəhilə Nağıyevanın sözlərinə görə, universitet gələn il fəaliyyətini bərpa edə bilər.

Bakı-Asiya Universitetinin fəaliyyətini nəyə görə dayandırması açıqlanmır. Bircə məlum olan odur ki, ali mətkəbin Elmi Şurası bu haqda qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG