Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 12:56

Azərbaycan güləşçilərindən daha bir medal


Foto arxiv

ABŞ-da güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının rəsmi məlumatına görə, yarışın 4-cü günü 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə isə kişi sərbəst güləşçilər yarışıb.

Azərbaycan güləşçilərindən Natalya Sinişin, Yuliya Ratkeviç və Nadya Muşka Sementsova, kişilərdən isə Toğrul Əsgərov yarışıb.

Yulya Ratkeviç bürünc medal qazanıb,Toğrul Əsgərov isə olimpiya oyunlarına vəsiqə qazanıb.

Bunadək kişilərdən Rövşən Bayramov , Elvin Mürsəliyev , Saman Təhmasibivə Sabah Şəriəti, qadın güləşçilərdən isə Mariya Stadnik və Anjela Doroqan da Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Bundan başqa Rəsul Çunayev qızıl, Rövşən Bayramov gümüş, Saman Təhmasibi isə bürünc medal qazanıblar.

Multimedia

XS
SM
MD
LG