Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 10:39

Biden prezidentliyə namizədliyini verməyəcək


Joe Biden

ABŞ-ın vitse-prezidenti Joe Biden bildirib ki, 2016-cı ildə keçiriləcək prezident seçkisində mübarizə apara biləcəyinə hələ ki, inanmır, çünki bu yaxınlarda oğlu Beau Bidenin ölümündən sonra hələ də özünə gələ bilməyib.

O sentyabrın 11-də "The Late Show" televiziyasına müsahibəsində ağır seçki kampaniyasının öhtəsindən gələcəyinə inanmadığını deyib.
Hərbi veteran olan Beau Biden 2015-ci ilin mayında 46 yaşında beyin xərçəngindən vəfat edib.

Keşmiş Dövlət katibi Hillary Clinton hazırda Demokrat partiyasından prezidentliyə əsas namizəd hesab olunur.

Onun yaxın rəqibi isə senator Bernie Sandersdir.

XS
SM
MD
LG