Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 20:15

USAID Azərbaycana yeni direktor göndərir


USAID

-

USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb.

Bu barədə qurum özü məlumat yayıb.

Bildirilir ki, xanım Mikaela Meredith ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Mikaela Meredith təşkilatın Vaşinqtondakı baş ofisində üç aparıcı vəzifədə çalışıb. USAID-də çalışdığı 25 il ərzində o, Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.

USAID Azərbaycanda yardım proqramlarına 1991-ci ildən başlayıb. Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş 800 mindən artıq qaçqın və məcburi köçkünə humanitar yardım göstərib.

Daha sonra iqtisadi, sosial və demokratik inkişaf proqramlarına da keçid edib.

Qurum fəaliyyəti dövründə Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 350 milyon ABŞ dollarından çox vəsait xərclədiyini deyir.

XS
SM
MD
LG