Keçid linkləri

Təcili xəbərlər
2023, 07 İyun, çərşənbə, Bakı vaxtı 05:54

Dünya xəbərləri

Macar ordusu hazırlıq vəziyyətində

Macarıstan sərhədi

-

Sentyabrın 9-da yüzlərlə miqrant Macarıstanın Serbiya ilə sərhədindəki polis səddini yarıb. Ordu sərhədi qorumaq üçün səfərbərlik vəziyyətinə gətirilib.

Azı 400 miqrant Serbiya ilə əsas keçid məntəqəsi olan Roszke yaxınlığında sərhədi keçib. Burada 455 uşaq daxil olmaqla, 2529 miqrant qeydiyyata düşməyini gözləyir. Onlardan çoxu suriyalı, əfqan və pakistanlıdır.

Miqrantlar “Düşərgəyə yox” qışqıraraq bütün istiqamətlərdə qaçmağa başlayıblar. Bəziləri Budapeştə gedən magistral yola çıxıb. Onları Macarıstanın qərbində qaçqın düşərgəsinə aparılmağa razı sala biliblər.

Hər gün Macarıstanda polislə miqrantlar arasında oxşar toqquşmalar baş verir.

Ordu sərhədi qorumaq üçün təlimə başlayıb. Bu məsələ sentyabrın sonlarında parlamentdə səsə qoyulacaq.

Bütün xəbərləri izləyin

Çin ABŞ-la qarşıdurma ehtimalını qlobal fəlakət sayır

Çinin müdafiə naziri Li Şanqfu, Sinqapur

Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə dialoqun tərəfdarıdır. Belə bir fikiri Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda təhlükəsizliyə həsr olunmuş konfransda səsləndirib. O, Vaşinqtonla açıq qarşıdurma ehtimalını “bütün dünya üçün dözülməz fəlakət” adlandırıb.

Şanqfuya görə, sistemlər arasında fərqlərə baxmayaraq, ABŞ və Çin ortaq maraqlar və əməkdaşlıq üçün əsaslar axtarmalıdırlar.

Buna baxmayaraq o, ABŞ və onun müttəfiqlərini Sakit okean bölgəsində sabitliyi pozmaq cəhddində ittiham edib.

Nazir dediklərinə misal olaraq bazar günü Çin hərbi gəmisinin Tayvan boğazında Kanada ilə birgə təlimlərdə iştirak edən Amerika gəmisi ilə az qala toqquşacağını xatırladıb.

O çinətrafı sularda ABŞ-la Kanadanın təlimlər keçirməsini təxribat adlandırıb və bəyan edib ki, əgər Vaşinqton vəziyyətin gərginləşməsini istəmirsə onda hərbi gəmilər Çinin maraq zonası olan sulardan çıxarılmalıdır.

Bu mart ayından bəri nazir postunda olan Li Şanqfunun ən geniş çıxışı sayılır. Bir neçə gün əvvəl o amerikalı həmkarı Lloyd Ostinlə birbaşa danışıqlar üçün görüşdən imtina edib.

Bir gün əvvəl, mayın 3-də həmin tədbirdə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, əgər Çin Tayvana qarşı hərbi əməliyyatlara başlasa bu dünya iqtisadiyyatı üçün fəlakət ola bilər.

Nazir əlavə edib ki, onun ölkəsi Tayvanın müstəqilliyini təstəkləyir. Qaldıki dialoqa, Ostin bunun hər zaman mümkün olduğunu vurğulayıb.

"Məsuliyyətli liderlər üçün, dialoq üçün ən uyğun vaxt hər andır. O an indidir. Dialoq əylənmək deyil, zərurətdir".

Çin Tayvanı öz ərazisinin bir hissəsi sayır. Mart ayında nazir postuna təyin edilən Şanqfu isə Rusiyadan "Su 35" qırıcı təyyarələri və raket sistemləri almada iştirak etdiyi üçün 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır.

Türkiyə prezidentinin andiçmə mərasimi olub

Rəcəb Tayyib Ərdoğan, arxiv foto

İyunun 3-də Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Türkiyə Böyük Millət Məclisindəki mərasimdən sonra R. T. Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Türkiyə mediasının məlumatına görə, tədbirdə dünyanın 70 -dən çox ölkəsindən dövlət nümayəndələri iştirak edib.

Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.

Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Kiyev İran dronlarında Qərb istehsal olan çoxsayılı detallar üzə çıxardığını bildirir

Dronun içərisində olan detallar

Kiyev Ukraynanın vurulmasında Rusiyanın istifadə etdiyi İranın "Şahed" pilotsuz aparatlarında Qərb ölkələrində istehsal olunan çoxsaylı detalları üzə çıxardığını bildirir. Bunu yerli televiziyaya müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, həmin detallar Ukraynaya hərbi-texniki dəstək verən Qərb ölkələrinə məxsusdur.

Danilova görə, beynəlxalq sanksiyalara məruz qalan İrana bu kimi detalların verilməsi çoxsaylı suallar yaradır. Amma digər tərəfdən də o etiraf edir ki, bu detallar İrana Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də verilə bilərdi.

Beləki Ukraynanın vurulmasında istifadə edilən dronların əhəmiyyətli bir hissəsinin 2019-2021-ci illərdə istehsal edildiyi bildirilir.

Hələ mart ayının sonlarında “Azadlıq” radiosunun Ukrayna xidməti hərbi ekspertlərin vurulmuş "Şahed" dronunun detallarını təhlli edən görüntülərini verib.

Həmin videoda Kanadada istehsal olunmuş detalların olmasına diqqət çəkilir.

İranın Rusiyaya göndərdiyi dronları modifikasiya etməsi ilə bağlı ehtimallar da səslənməkdədir.

Britaniyanın münaqişə silahlarını araşdıran Conflict Armament Research (CAR) analitik şirkətinin bir müddət əvvəlki hesabatında deyilir ki, məqsəd dronların Ukrayna infrastruktuna daha dağıdıcı zərbələr endirməsini təmin etməkdir.

Həmin hesabata görə, ötən ilin oktyabrında Odessa yaxınlığında tapılmış "Şahed 131" dronunun qırıntılarından onun zərbə hissəsinin “tələm-tələsik modifikasiya” edildiyi məlum olub.

Aydın olub ki, zərbələrin daha ölümcül olması üçün “modifikasiya” zamanı dronların döyüş başlığına çoxsaylı əlavə metal qırıntıları doldurulub.

Bundan başqa ekspertlər onu da üzə çıxarıblar ki, "Şahed"dronlarının döyüş başlığına əlavə olaraq daha 18 kiçik partlayıcı detallar da əlavə edilib.

Almaniyaya ötürülən Rusiya neftini Qazaxıstan nefti əvəzləyə bilər

Mərkəzi Asiya dövlətlərinin rəhbərləri və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel , Qırğızıstan, 2 iyun 2023

Qazaxıstan prezidenti Tokayev Almaniyaya neft tədarükünü ildə 200 min tondan 1,2 milyon tona çatdırmağı təklif edib.

AzadlıqRadiosunun qazax xidməti yazır ki, Tokayev belə bir təklifi iyunun 2-də Qırğızıstanda keçirilən "Mərkəzi Asiya-Avropa İttifaqı" sammitində səsləndirib.

Məlumatda qeyd olunur ki, bu ilin beş ayında Qazaxıstan Almaniyanın Şvedt şəhərindəki neft ayırma zavoduna (Ukrayna müharibəsindən əvvəl zavod "Rosneft"ə məxsus olub-AR.) 90 min ton neft göndərib. İlin sonuna qədər Qazaxıstanın Almaniyaya 200 min ton neft verə biləcəyi vurğulanır. Tokayev isə bu həcmin ən azı 6 dəfə artırıla biləcəyini deyib.

"Bu göstəricini ildə 1,2 milyon tona çatdırmaq potensialı var və gələcəkdə artırılması da mümkündür", - Tokayev bildirib.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Almaniyadan başqa, Qazaxıstan neftinin İtaliya, Fransa və Rumıniyaya ixracı da yüksəlib.

Hələ “Vedomosti”nin bu ilin yanvarında yazdığına görə, 2022-ci ildə Almaniya Rusiyadan 1 milyon ton neft alıb. Tokayevin dediyi kimi əgər Qazaxıstan Almaniyaya göndərilən neft həcmimi 1, 2 milyon tona çatdıra bilərsə bu zaman Qazaxıstan Rusiyanı tamamilə əvəz edə bilər.

Amma o da var ki, Qazaxıstan nefti Almaniyaya Rusiya ərazisindən – “Drujba” kəməri ilə ötürülür. Həcmi artırmaq üçünsə Rusiya Energetika Nazirliyinin razılığı olmalıdır. Bildirildiyinə görə, belə bir razılıq yalnız şifahi şəkildə alınıb.

Avropa İttifaqı ölkələrinin Ukraynanın işğalı ilə əlaqədar Rusiya neftinə qiymət tavanı tətbiq etməsi, dəniz yolu ilə daşınmaya qoyulan qadağa səbəbindən Rusiyanın neft gəlirləri xeyli azalıb.

Bundan əlavə, Yamal-Avropa və Şimal axını-1 layihələrinin dayandırılması səbəbindən Rusiya Avropadakı qaz bazarının da bir hissəsini itirib.

Çin öz istehsalı olan ilk sərnişin təyyarəsini istifadəyə verib

Çinin sərnişin təyyarəsi

Çinin öz istehsalı olan ilk sərnişin təyyarəsi "C919" bazar günü, mayın 28-də Şanxay - Pekin marşrutu üzrə uçuş həyata keçirib. Uşuşu "China Eastern Airlines" şirkəti reallaşdırıb.

Çinin COMAS şirkəti tərəfindən istehsal edilən təyyarənin ilk nümunəsini "China Eastern Airlines" şirkəti 2022-ci ilin dekabrında alıb və müəyyən sınaqlardan sonra kommersiya istifadəsinə verilib.

İki mühərrikli təyyarə 164 ekonom və biznes sinif sərnişini götürə bilir. O, orta mənzilli təyyarələrə aiddir və 5500 kilometrə qədər uça bilir.

2022-ci ilin sonuna olan məlumata görə, COMAS artıq 32 müştəri şirkətindən 1035 belə təyyarənin alınması üçün müraciət aldığını bildirib.

İstehsalçı hesab edir ki, C919-un Boeing və Airbus kimi dünya lider şirkətləri ilə uğurla rəqabət apara bilər. Şirkət ildə 150-yə yaxın təyyarə istehsal etmək niyyətindədir.

Yeni sərnişin təyyarəsinin əksər hissələri Çin istehsalı olsa da model həm də Qərb texnologiyasından asılıdır.

Leap-1C mühərrikləri Amerika General Electric Corporation və Fransanın Safran sənaye qrupu arasında birgə müəssisə olan CFM International şirkəti tərəfindən istehsal olunur.

Haaqada 1500-dən çox etirazçı saxlanılıb

İqlim fəallarının aksiyası, Almaniya, arxiv foto

Haaqada “Extinction Rebellion” ətraf mühit hərəkatının təşkil etdiyi etiraz aksiyasında 1500-dən çox etirazçı saxlandığı bildirilir. Şənbə günü iqlim fəalları Hollandiya hökumətinin qalıq yanacaqlara verdiyi subsidiyalara etiraz olaraq magistral yolu bağlayıblar.

Hollandiya polisinin məlumatına görə, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etməli olub. O da bildirilir ki, etirazçılar bunu gözlədiyindən çoxları aksiyaya çimərlik paltarında və ya çətirlə gəlib.

"Extinction Rebellion" hərəkatı aksiyada təxminən 7 min insanın iştirak etdiyini bildirib. Polisin məlumatına görə, 1579 nəfər saxlanılıb. Onlardan 40-ı vandalizmə görə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə qarşısına çıxarılacaq.

“Extinction Rebellion” radikal ekoloji hərəkatı iqlimin müdafiəsi üzrə yüksək profilli tədbirlərlə tanınır.

Bu ilin yanvarında hərəkat taktika dəyişikliyi elan edib: əgər əvvəllər fəallar ictimai yerlərdə vitrinləri sındırıb özlərini səkiyə yapışdırırdılarsa, indi onlar hökumətlərin qlobal istiləşməyə sərgilədikləri hərəkətsizliyinə qarşı böyük qruplar toplamaqla etirazlar təşkil edirlər.

28 may şəhər günündə Kiyevə kütləvi dron hücumları olub

Rusiya dronlarının hücumlarından sonra yaranan dağıntı

Mayın 28-i şəhərin yaranma günündə paytaxt Kiyevə kütləvi dron hücumları olub.

Şəhər hərbi idarəsinin verdiyi məlumata görə, bazar günü gecə şəhər Rusiya pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb. Xəbərdə bildirilir ki, hava hücumundan müdafiə qüvvələri azı 40 pilotsuz aparatı vurmağa nail olub.

Hücumlar nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko dediyinə görə, bu, tammiqyaslı işğalın başlanmasından bəri paytaxta edilən ən kütləvi dron hücumudur.

Hücum zamanı İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatlarından istifadə olunduğu vurğulanır. O da qeyd olunur ki, bir neçə dalğada həyata keçirilən hava hücumu beş saatdan çox davam edib.

Ukrayna paytaxtının bir sıra rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb. Rəsmi qurumların məlumatlarına görə, bəzi yerlərdə yanğınlar vurulan dronlardan qalıqlarının yerə düşməsi nəticəsində baş verib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya səbəbsiz olaraq hərbi təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynada şəhərlər, kəndlər dağıdılıb, minlərlə insan həlak olub, 100 minlərlə ukraynalı yaşayış yerlərin və ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ukrayna Almaniyadan 500 km-ə çatan raketlər istəyib

"Taurus" uzaqmənzilli raketi, arxiv foto

Ukrayna Almaniyadan 500 kilometrə qədər məsafəni vura biləcək “Taurus” qanadlı raketlərini istəyib. Məlumat Müdafiə Nazirliyindən “Spiegel” nəşrinə təsdiq edilib. Amma Kiyevin nə qədər raket istədiyi açıqlanmır.

Nəşrin yazdığına görə, daha əvvəl Xristian Demokratlar İttifaqının müdafiə üzrə eksperti Roderich Kiesewetter Ukraynanın sözügedən raketlərlə təchiz olunmasının tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, bu raketlər Ukraynaya “cəbhə xəttindən çox-çox uzaqlarda Rusiya hərbi infrastrukturuna zərbə endirmə” imkanı verərdi. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu təklifə ehtiyatla reaksiya verib.

"Frankfurter Allgemeine Sonntagszeitung" bu məsələnin mayın əvvəlində Berlində Almaniya kansleri ilə Ukrayna prezidenti arasında müzakirə olunduğunu yazır. .

400 kiloqramlıq döyüş başlığını 500 kilometr məsafəyə çatdıra bilən “Taurus” qanadlı raketi döyüş təyyarəsindən buraxılır .

“Spiegel” on il əvvəl Almaniyanın müdafiə nazirliyi üçün 600-ə yaxın bu raketlərdən alındığını və indi onlardan da 150-yə qədərinin istismara hazır olduğunu vurğulayır.

Rusiyanın təcavüzündən sonra Ukraynaya daha uzun mənzilli raketlər verməyə başlayan ilk ölkə Böyük Britaniya olub. May ayında Ukrayna bu ölkədən 250 kilometr məsafəni vuru biləcək “Storm Shadow” qanadlı raketlərini alıb.

Buna qədər isə Ukrayna ordusu Qərb ölkələrindən 80 km məsafədəki hədəfləri vura biləcək silahlar alıb.

Rusiya Ukraynada 'sülh'ün 6 şərtini açıqlayıb

Mixail Qaluzin arxiv foto

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukrayna ilə müharibəyə son qoymaq üçün ən azı altı şərt sadalayıb.

Həmin şərtlərdən biri odur ki, Ukrayna “döyüş əməliyyatlarını dayandırmalıdır”. Nazir müavini şərtlər barədə Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Qaluzinin fikrincə, münaqişənin "tənzimləməsi"nə müqavimətdən geri çəkilmək üçün Ukrayna Qərbdən silah göndərilməsindən imtina etməlidir.

“Hərtərəfli, ədalətli və davamlı” sülhə nail olmaq üçün Ukrayna NATO və Avropa İttifaqına qoşulmaqdan imtina etməli, “yeni ərazi reallıqlarını” tanımalı, rus dilini dövlət dili kimi tanımalı və əsas insan hüquqlarına, o cümlədən inanc azadlıq hüququna hörmət etməlidir.

Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bildirib ki, müharibəni dayandırmaq üçün yeganə şərt Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

BMT-nin məlumatına görə, 2023-cü il may ayının sonuna hərbi əməliyyatlar nəticəsində 8895 dinc sakin həlak olub, 15117 nəfər isə yaralanıb.

Ukrayna əsgərləri son 2 gündə 60-a yaxın İran dronunu məhv edib
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ölkədə 150 mindən çox ev, 25 min kilometrdən çox yol, 344 körpü, bir neçə min uşaq bağçası, məktəblər, xəstəxanalar və muzeylər dağıdılıb və ya zədələnib.

Məlumatda həmçinini 200 000-dən çox şəxsi avtomobil və 16 000-dən çox ictimai nəqliyyat vasitəsinin tam sıradan çıxdığı və ya zədələndiyi vurğulanır. Hesabatda ümumi zərərin 144 milyard dollar olduğu bildirilir.

Turistlər kosmosa yollanıb

Falcon 9 raketi

SpaceX göyərtəsində turistlərin olduğu Crew Dragon gəmisini Falcon 9 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola salıb. Bu, Axiom şirkətindən ikinci tamamilə kommersiya xarakterli kosmik uçuşudur.

Ekipaja keçmiş NASA astronavtı və BKS-nin ilk qadın komandiri Peqqi Uitson (Peggy Whitson) rəhbərlik edir. Gəminin pilotu iş adamı Con Şoffnerdir.

Ekipaja Səudiyyə Ərəbistanından astronavtlar Rayyan Barnavi Əli əl-Karni daxildir. Onlar bu ölkənin BKS-nı ziyarət edən ilk vətəndaşları olacaqlar. Bundan əlavə, Barnavi kosmosa səyahət edən ilk səudiyyəli qadındır.

Astronavtlar BKS-da səkkiz gün keçirəcək, stansiyanın heyəti ilə birgə işləyəcəklər.

“Axiom”un kommersiya proqramı çərçivəsində missiyanın hər bir üzvü üçün bir uçuşun dəyəri 55 milyon dollar qiymətləndirilir. Belə uçuşların ildə iki-üç dəfə həyata keçirilməsi planlaşdırılır.

Aprelin sonunda SpaceX-in Starship kosmik gəmisi olan daşıyıcı raket ABŞ-da buraxıldıqdan 4 dəqiqə sonra partlayıb.

Günaz.TV rəhbəri Əhməd Obalıya ABŞ-da hücum olub, vəziyyətinin ağır olduğu bildirilir

Əhməd Obalı, 7 avqust 2009

Günaz.TV-nin rəhbəri, İrandan olan mühacir Əhməd Obalı və oğlunun ABŞ-ın Kaliforniya ştatında bir qrup insanın hücumuna məruz qaldığı bildirilir.

Bu barədə mayın 21-də Günaz.tv məlumat yayıb. Hadisənini mayın 17-də olduğu bildirilir.

Sosial şəbəkələrdə Obalının çoxsaylı xəsarətlər aldığı görünən video və fotosu yayılıb.
Günaz.tv-nin Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, hadisə Əhməd Obalının Azərbaycandan ABŞ-a qayıtmasından bir gün sonra baş verib.
“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır”, o Amerikanın Səsinə bildirib.

Araz Obalı əlavə edib ki, hadisə ilə bağlı araşdırma davam edir.

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq polis onların sayı və kimliyi barədə hələ məlumat vermir. Biz güman edirik ki, bu terror aktı ola bilər”, Araz Obalı söyləyib.

Araz Obalı "Günaz.tv" rəhbərinin oğlu Dənizin də hücuma məruz qaldığını və hazırda xəstəxanada olduğunu deyib.

"Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə Dənizin vəziyyəti çox ağırdır. O anası ilə danışmaq imkanında belə olmayıb”-Araz Obalı qeyd edib.
Əhməd Obalı İrandakı mövcud idarəçiliyin tənqidçilərindədir. O Azərbaycana son səfəri zamanı yerli mediada İranda insan hüquqlarının, o cümlədən orada yaşayan azərbaycanlıların hüquqlarının pozulmasından danışıb.

Günaz.TV 2004-cü ildə İrandan olan siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal ABŞ-ın Çikaqo şəhərindən yayımlanır.

Gürcüstanın hava yolları şirkəti prezidenti təyyarələrinə buraxmayacağını deyir...

"Georgian Airways", Rusiyanın Vnukovo hava limanına enən ərəfədə, arxiv foto

Gürcüstan prezidenti Salome Zurabişvili "Georgian Airways" hava yolları şirkətini baykot edəndən sonra şirkət direktoru da dövlət başçısına qarşı oxşar addım atıb.

AzadlıqRadiosunun gürcü xidməti yazır ki, Gürcüstan prezidenti Rusiyaya birbaşa uçuşlar həyata keçirməsi səbəbindən Gürcüstanın “Georgian Airways” aviaşirkətini boykot etdiyini elan edib.

Prezident həmçinin hər kəsi bu şirkəti boykot etməyə və digər ölkələrə səyahət etmək üçün həmin şirkətin təyyarələrindən istifadə etməməyə çağırıb.

Rusiyaya birbaşa uçuşlar həyata keçirən "Georgian Airways" şirkətinin direktoru Tamaz Qayaşvili bu etiraza cavabsız qalmayıb.

"Xanım Salome milli aviaşirkəti boykot etdi, biz onu persona non-qrata elan edirik və o, gürcü xalqından üzr istəməyənə qədər onu təyyarəyə buraxmayacağıq”, - Qayaşvili bildirib.

Gürcüstanın Mülki Aviasiya Agentliyinin bu günlərdə yaydığı məlumata görə, mayın 20-dən Gürcüstanın əsas aviaşirkəti olan "Georgian Airways" şirkətinə Rusiyaya uçuşlar üçün icazə verilib.

Məlumatda bildirilir ki, Tbilisidən Moskvaya həftədə 7 reys nəzərdə tutulub.

Bundan bir gün əvvəl isə Gürcüstan hökuməti Rusiyanın "Azimut" aviasiya şirkətinə Gürcüstana müntəzəm uçuşlar etmək icazəsi verib.

Rusiya prezidenti Vladimir Putin mayın 10-da Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları üzərindən qadağanı qaldırıb və mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Gürcüstanla Rusiya arasında ilk dəfə təyyarə reysləri 2008-ci ildə, həmin ilin avqustunda Rusiyanın Gürcüstana hücumundan sonra dayandırılıb.

Daha sonra isə Moskva 2019-cu ilin iyununda Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilova hücumu və Gürcüstandan qovulmasını əsas gətirərək iki ölkə arasında təyyarə reyslərinin dayandırmaq qərarına gəlib. Rusiya prezidenti bununla bağlı fərman da imzalayıb.

Beləki həmin deputatın Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımasına haqq qazandırması və üstəlik Gürcüstan parlamentində spikerin yerində oturub çıxış etməsi ölkədə etirazlara səbəb olub.

Aksiya iştirakçıları deputatın qatıldığı tədbiri yarıda kəsiblər. Bundan sonra rusiyalı deputat mühafizə altında aeroporta çatdırılıb və Rusiyaya uçub.

ABŞ Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım ayırır

Ukraynaya verilən HIMARS-lar ,4 iyul 2022

Vaşinqton Kiyevə daha 375 milyon dollarlıq hərbi yardım paketi vermək niyyətindədir. Bunu ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilən sammitində deyib.

Yardım paketinə əsasən artilleriya, sursat, HIMARS raket sistemləri, hərbi texnika və o cümlədən Ukrayna hərbçilərinin təlimi də daxildir.

G7 ölkələrinin liderlərinin Xirosimada keçirilən görüşündə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edir. Mayın 21-də onun ABŞ prezidenti Co Baydenlə görüşü olub.

Bayden Zelenskini əmin edib ki, ABŞ müharibə edən Ukraynaya dəstək vermək üçün əlindən gələni edir və bu davam edəcək.

Ukraynada “ədalətli sülh”ə səy göstərildiyini deyən ABŞ prezidenti onun ərazi bütövlüyü və suverenliyi məsələsinin “müzakirə predmeti olmadığını” vurğulayıb.

Zelenskinin Yaponiyaya getməsindən bir gün əvvəl G7 ölkələrinin liderləri Rusiyanı Ukraynaya təcavüz pisləyiblər, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıblar, həmçinin Kiyevə yardım göstərməyə davam edəcəklərini bir daha bəyan ediblər.

Qərbin Ukraynaya yardımı ilə bağlı müzakirə olunan əsas mövzu qırıcı təyyarələrin tədarükü məsələsidir.

Associated Press və CNN-nin öz mənbələrinə istinadən cümə günü xəbər veriblər ki, ABŞ prezidenti Co Bayden ukraynalı pilotların Amerika F-16 qırıcılarında təlim keçməsini təsdiqləmək niyyətindədir. KİV-in məlumatına görə, Avropada keçirilməsi planlaşdırılan pilot təlimləri yaxın həftələrdə başlaya bilər.

Bundan əlavə, mənbələr CNN-ə bildiriblər ki, Ağ Ev üçüncü ölkələrin ABŞ F-16-larının Ukraynaya verilməsinə də etiraz etməyəcək.

Kiyevə görə, havada Rusiyaya qarşı dayanmaq üçün 180-ə yaxın müasir qırıcı təyyarə lazımdır. O da bildirilir ki, Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.

Rusiya Baxmutu tam tutduğunu iddia edir, Kiyevsə təsdiqləmir

Baxmut

Rusiyanın müdafiə nazirliyi iddia edir ki, mayın 20-dən 21-ə keçən gecə Baxmut şəhəri tam ələ keçirilib.

"Artyomovsk (Rusiya tərəfinin istifadə etdiyi Baxmutun keçmiş adı-AR) taktiki istiqamətində Vaqner hücum dəstələrinin hücum hərəkətləri nəticəsində Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Artyomovsk şəhərinin azad edilməsi başa çatdırıldı." Rusiya müdafiə nazirliyinin teleqram kanalında bildirilir.

"Svoboda"-nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Baxmutun tutulması ilə bağlı "Vaqner"-çiləri və ordunu təbrik edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda Putin şəhərin alınmasında fərqlənənlərə dövlət mükafatı vəd edir.

"Vaqner" muzdlu döyüşçülərin komandiri Yevgeni Priqojin Baxmutun mayın 20-si günorta saatlarında ələ keçirildiyini bildirir.

"Reuters" yazır ki, G7 sammiti ilə bağlı Yaponiyada olan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşdən əvvəl jurnalistlərin Baxmutun Ukraynanın əlində qalıb-qalmadığı sualına Zelenski: “Hesab edirəm ki, yox. “Bu gün üçün Baxmut ancaq bizim qəlbimizdədir.”- cavabını verib.

"Financial Times"-ın Kiyevdəki müxbiri Kristofer Miller isə Tvitter hesabında yazıb ki, Zelenskinin ətrafı Ukrayna liderinin sözlərinin bu cür şərhini yanlış adlandırır. Onun paylaşımından belə aydın olur ki, Zelenski bu ifadəni Baxmutun tamamilə məhv olması mənasında deyib.

Ukrayna ordusunun sözçüsü Serhiy Çerevatiy isə "Reuters" agentliyinə : "Bu, doğru deyil. Bizim bölmələrimiz Baxmutda döyüşür"-deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mayın 21-i səhər saatlarında yaydığı məlumatda da Baxmut şəhəri uğrunda döyüşlərin davam etdiyi bildirilir.

“Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir, Baxmut şəhəri uğrunda döyüşlər dayanmır”.

Baxmut uğrunda döyüşlər 15 aydır davam edir.

Məlumatda həmçinin ötən gün Rusiya qoşunlarının 730-a yaxın itki verdiyi bildirilir.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın Baxmutla bağlı son şərhi isə şənbə günü olub.

O, Ukrayna ordusunun şəhərdəki "kritik" vəziyyəti və Ukrayna hərbçilərinin oradakı "müəyyən sənaye və infrastruktur obyektlərinə nəzarət etdiyi" barədə məlumat verib.

Günün sonunda Yaponiyada G7-yə daxil olan ölkə liderlərinin toplantısında iştirak edən Ukrayna prezidenti Zelenski mətbuat konfransında Baxmutun işğal olunması xəbərini təkzib edib.

"Biz dayanmışıq və döyüşməyə davam edirik. Mən dəqiq Baxmutda nə baş verdiyini başa düşürəm, amma bizim hərbçilərin taktikası və olma yerləri haqqında ətraflı bir şey deməyəcəm. Bu gün Baxmut Rusiya Federasiyası tərəfindən işğal olunmayıb. Bu sözlərin iki və ya üç təsrifi yoxdur" -Zelenski vurğulayıb.

Baxmut Donetsk vilayətində vilayət mərkəzidir. Qərb ölkələrinin məlumatına görə, şəhər uğrunda gedən döyüşlərdə hər iki tərəf böyük itki verib. Şəhərə ciddi ziyan dəyib.

Ukraynalı və qərb analitiklərin, elə Priqojinin özünün dəfələrlə qeyd etdiyi kimi, şəhərin tutulmasının heç bir strateji əhəmiyyəti yoxdur - onun qərbində Ukrayna ordusunun yeni müdafiə xətləri yerləşir.

Ermənistan şirkəti ABŞ-ın sanksiya siyahısına düşüb

Ermənistan, mikroçiplər

Vaşinqton Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozan 71 şirkəti qara siyahıya salıb. Bu siyahıda Rusiya hərbi və müdafiə seçkoru ilə əməkdaşlıq edən bir Ermənistan şirkəti də var.

"Reuters" xəbər verir ki, siyahıda Ermənistandan əlavə qara siyahıda bir Qırğızıstan şirkəti də var. Siyahı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət Departamenti tərəfindən tərtib edilib, siyahıya Rusiya hərbi və müdafiə sektoruna dəstək verən şirkətlər daxildir.

Məlumatda vurğulanır ki, bu addımlar Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ və digər 37 ölkənin daxil olduğu koalisiya tərəfindən tətbiq olunan sanksiyaların və ixrac nəzarətinin bir hissəsidir.

Belə bir sanksiyanın tətbiqi Rusiyanın sənaye bazasını və müharibəni davam etdirmək qabiliyyətini sarsıtmağa hesablanıb.

Qırğızıstan mediasının yazdığına görə, qara siyahıya düşən "Tokmok Tro.Ya, LLC” şirkətidir və həmin şirkətin saytında müxtəlif sənaye sahələri üçün elektron avadanlıqlar tədarük etdiyini göstərir.

Ermənistanla Qırğızısatn Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvləridir.

Mayın 19-da G7 Moskvaya qarşı yeni sanksiyalar elan edib. Tədbirlər Rusiya ordusuna kömək etmək üçün istifadə oluna biləcək məhsulların tədarükünün qarşısını almaq məqsədi daşıyır.

Bura qar təmizləyən maşınlar, quruducu texnikalar kimi mallar və onların hissələri daxildir. ABŞ-a görə, həmin avadanlıqlar Rusiya hərb maşınını dəstəkləmək üçün istifadə edilə bilər.

Yeni qaydaları tədqiq edən ABŞ Ticarət Departamentinin keçmiş rəsmisi Kevin Wolf "Reuters" agentliyinə - "İndi siz hətta kontakt linzaları və ya günəş eynəklərini belə göndərə bilməzsiniz" deyib. Onun sözlərinə görə, indi “Rusiyaya ixrac olunmayan malları təsvir etmək daha asandır”.

Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılıq ABŞ və digər G-7 üzvlərinin Yaponiyada keçirilən görüşündə əldə olunub.

Son zamanlar Qərb mətbuatında sanksiyalara baxmayaraq Rusiyaya hərbi və digər məhsulların göndərilməsi hallarından yazılır. Cümə günü yayılan belə məlumatlardan birində Qazaxıstan vasitəsilə Rusiyaya çatdırılan və sonradan Ukraynadakı müharibədə istifadə edilən sxemlərdən söz açılır.

Məqalədə Qazaxıstanda qeydiyyatdan keçmiş şirkətlərin adları çəkilir, onların vasitəsilə Rusiyaya milyonlarla dollar dəyərində pilotsuz təyyarələr və elektron komponentlər gətirildiyi vurğulanır.

ABŞ-ın Ermənistan üzərindən Rusiyaya qadağan olunmuş malların daşınması ilə bağlı xəbərdarlıqlarından sonra, Avropa İttifaqı (Aİ) da Rusiyaya ixracın əhəmiyyətli dərəcədə artmasının şübhəli olduğunu bildirir.

"Fərdi sistemlərdəki boşluqlar sayəsində sanksiyalardan yan keçmək istəyənlər bunu edə bilər, ticarət vasitəsilə sanksiyalardan yayınmağın müəyyən yolları var", – Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni (Paolo Gentiloni) mayın 19-da deyib.

Komissar qeyd edib ki, bir sıra ölkələrə və bu ölkələrdən də Rusiyaya edilən ixracda ciddi artım var. O, Qazaxıstan və Qırğızıstanla yanaşı, Ermənistanın da adını çəkib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibəyə görə Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbi edilib və edilməkdədir.

Rusiyanın da təsisçi olduğu təşkilat Rusiyadan yan keçən yol çəkir

Çin və Mərkəzi Asiya ölkələri sammiti

Çin, Özbəkistan və Qırğızıstan Rusiyadan yan keçən dəmir yolu tikintisi üzrə növbəti addımlara dair üçtərəfli sənəd imzalayıblar.

AzadlıqRadiosunun özbək xidmətinin yazdığına görə, belə bir razılaşma mayın 18-19-da Çinin Sian şəhərində keçirilən sammitdə əldə olunub.

Bu yol, sənəd imzalayan ölkələr üçün beynəlxalq sanksiyalara məruz qalan Rusiyadan yan keçərək Avropaya daha qısa marşrutu ola bilər.

Məlumatda o da vurğulanır ki, yeni yolun tikintisi ilə bağlı ilk saziş hələ 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində imzalanıb.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. Sonradan Hindistan, Pakistan və İran da bu təşkilata qoşulub. Belarus isə müşahidəçi statusunda təmsil olunur. 

Qeyd olunur ki, imzalanan yeni sənəd layihənin həyata keçirilməsi ilə bağlı dizayn, tədqiqat, investisiya və maliyyələşdirmə ilə bağlı məsələləri müəyyən edəcək.

Eurasianet.org-un dəqiqləşdirmələrinə görə, dəmir yolu artıq Çindən gələn mövcud dəmir yolu xəttinin olduğu Qırğızıstanın Toruqart aşırımından başlayacaq.

Daha sonra şimala Arpa və Makmal yaşayış məntəqələrindən keçərək Cəlal-Abada qədər uzanaraq Özbəkistan dəmir yolu şəbəkəsi ilə birləşdiriləcək.

Mayın 18-19-da Sian şəhərində Mərkəzi Asiya-Çin Sammiti keçirilib. Burada Çin rəhbərliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan prezidentləri də iştirak ediblər.

Bu, Çin və Mərkəzi Asiyanın beş lideri arasında son 31 ildə ilk tammiqyaslı görüşdür.

Liderlərin görüşündə Sian Qarşılıqlı Dəstək Bəyannaməsini də qəbul edilib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayıb. Hələ də davam edən işğalçı müharibəyə görə Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edilib.

'Patriot'un təmirdən sonra işlək vəziyyətdə olduğu bildirilir

Patriot sistemləri

Bir neçə gün əvvəl Rusiyanın Kiyevə raket hücumundan sonra zədələndiyi deyilən ABŞ-ın “Patriot” zenit sisteminin təmirdən sonra Ukrayna ordusuna qaytarıldığı bildirilir. Bu barədə cümə axşamı Pentaqonun sözçüsü Sabrina Sinq (Sabrina Singh) açıqlama verib.

"O, təmir olunub və hazırda tam işlək vəziyyətdədir", – Sinq cümə axşamı mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ-dan olan mütəxəssislər təmirə kömək ediblər. Sözçü dəymiş ziyanın mahiyyəti barədə ətraflı məlumat verməyib.

Bundan öncə ABŞ mediası administrasiyadakı mənbələrə istinadən Rusiyanın raket hücumu nəticəsində kompleksin zədələndiyini, lakin dağılmadığını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində iddia edib ki, “Kinjal” raketi kompleksin beş buraxılış qurğusunu və bir radarı məhv edib. Nazirlik iddialarına dair sübut təqdim etməyib.

Ukraynanın məlumatına görə, mayın 16-na keçən gecə Rusiya Kiyevi kütləvi raket zərbəsinə məruz qoyub, lakin hava hücumundan müdafiə sistemi raketləri, o cümlədən altı hipersəsli “Kinjal” (“Xəncər”) raketini vurub.

Rusiyalı şərhçilər isə internetə yayılan videoya istinadla “Kinjal”lardan birinin vurulmadığını, “Patriot” kompleksinə dəydiyini iddia ediblər. Videoda hava hücumundan müdafiə sistemi işə düşəndən sonra yerdə partlayış əks olunub.

Azərbaycandan da keçən yol ABŞ-ın diqqətindədir

İbrahim Rəisi və Vladimir Putin

Mayın 17-də ABŞ Dövlət Departamentindən Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişə münasibət bildiriblər.

"Turan"ın xəbərinə görə, qurumdan bildirilib ki, həmin sazişi diqqətdə saxlayacaqlar.

"Mənim bu layihə ilə bağlı fikrim yoxdur, amma belə ciddi sanksiya rejimi tətbiq etməyimizin səbəbi var. Onlardan yayınmağa yönəlmiş istənilən cəhdlər bizdə böyük narahatlıq doğurur", -mətbuat katibinin müavini Vedant Patel bildirib.

Mayın 17-də Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalanması mərasimi keçiriblər.

Saziş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirməlidir. Tikintidə "Rusiya Dəmir Yolları" iştirak edəcək. Həmin bu yol Azərbaycandan da keçir.

ABŞ həm Ukraynaya təcavüzə görə Rusiyaya, həm də nüvə məqsədli uranın zənginləşdirilməsinə görə İrana müxtəlif sahələr üzrə sanksiyalar tətbiq edib.

"Şimal-Cənub" dəhlizi
"Şimal-Cənub" dəhlizi

"Şimal-Cənub" dəhlizi

"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə üç həftə olması gözlənilir).

Baxmut yaxınlığında Rusiyanın briqada komandiri və müavini həlak olub

Baxmut, 7 may 2023

Ukraynaın Baxmut şəhəri yaxınlığında davam edən döyüşlərdə Rusia ordusunun 4-cü motoatıcı briqadasının komandiri polkovnik Vyaçeslav Makarov, ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olub.

Bu barədə bir gün əvvəl yayılan xəbərləri mayın 14-də Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Rusiya yüksək rütbəli hərbçilərinin ölümünü nadir hallarda təsdiqləyir və onların adlarını açıqlayır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda ​vurğulanır ki, Makarov Baxmutun cənub-qərbindəki Krasnoe qəsəbəsi ərazisində, Brovko isə cəbhənin digər sektorunda həlak olub.

İddia olunur ki, komandirlər şəxsi heyətin hərəkətlərinə şəxsən rəhbərlik edib və “qəhrəmancasına” həlak olublar.
Ukrayna ordusu son günlər Baxmut istiqamətində irəliləməkdədir.

Baxmutda döyüşən Rusiya özəl ordu qruplaşması olan “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbçilərinin öz mövqelərini tərk etmələri ilə bağlı məlumatları etiraf edib.

Şənbə günü Ukrayna mediası hər iki yüksək rütbəli Rusiya zabitinin artilleriya atəşi nəticəsində öldüyünü yazıb.

Bu xəbərləri Rusiya ordusunda döyüşən bloger Andrey Morozov da təsdiqləyib.

Avropa İttifaqı və 'G7'qazla bağlı yenidən Rusiyaya sanksiyaları müzakirə edir

Almaniya

“Yeddilik Qrupu” (G7) ölkələri və Avropa İttifaqı (Aİ)Rusiyadan Avropaya bir sıra istiqamətlər üzrə qaz nəqlinin bağlanması imkanlarını müzakirə edirlər.

Bu barədə "Financial Times" xəbər verir. Bu barədə qərar mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitində verilə bilər.

Hansı qaz kəmərlərinin sanksiyalara məruz qalacağı açıqlanmır. RBC agentliyi hesab edir ki, söhbət 2022-ci ilə qədər Rusiya qazının Polşa və Almaniyaya çatdırıldığı "Yamal-Avropa" kəmərindən gedir.

Baltik dənizinin dibi ilə gedən "Şimal axını" kəməri kimi bu kəmərlərlə də çatdırılmalar hələ həyata keçirilmir.

Rusiyadan gələn qaz isə Ukrayna ərazisindən keçən qaz kəməri, eləcə də “Türk axını” vasitəsilə Aİ-nin bəzi ölkələrinə daxil olmaqda davam edir.

Bundan əlavə, “Financial Times” yeni sanksiyaların hələ 1960-cı illərdə tikilmiş “Drujba” kəməri ilə Rusiya neftinin tədarükünə də təsir edəcəyini istisna etmir.

"Bloomberg"in məlumatına görə, Avropa İttifaqı 11-ci sanksiyalar paketinə "Dostluq"un şimal qolunun dayandırılmasını təklif edir.

Çexiya, Macarıstan və Slovakiyanı neftlə təmin edən cənub filialı isə fəaliyyətini davam etdirə biləcək.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından sonra Aİ ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bundan başqa Avropa İttifaqı ölkələri Rusiyadan neft və qaz idxalından imtinaya başlayıblar.

Almaniya Rusiyadan enerji idxalını demək olar ki, tamamilə dayandırıb. Əvvəllər Almaniya Rusiya nefti və qazı üçün 2,2 milyard avro ödəyib. İndi ixracın həcmi cəmi 4,2 mln. Kömür və neft məhsullarının idxalı təxminən olaraq 30 və 26 milyon avroya enib.

Rusiya 2022-ci ildə Ukraynaya hərbi təcavüz edib.

Loreen ikinci dəfə 'Eurovision' müsiqi yarışmasının qalibi olub

Loreen

Loreen birinci dəfə 11 il əvvəl-2012-ci ildə Azərbaycanda keçirilən Eurovision mahnı yarışmasının qalibi olub

İsveçli müğənni Loreen “Eurovision 2023” mahnı müsabiqəsinin qalibi olub.

Onun "Tattoo" mahnısı tamaşaçıların səsverməsinin nəticələrinin açıqlanmasından sonra 583 xal toplayaraq birinci yeri tutub.

Bu, müğənninin Eurovision-da ikinci qələbəsidir. Loreen ilk dəfə 2012-ci ildə "Euphoria" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision 2012”mahnı müsabiqəsinin qalibi olub.

Liverpulda isveçli ifaçıya növbəti qələbəsini qazandıran "Tattoo" mahnısı iki insanın sevgisindən və xoşbəxt olmaq üçün keçməli olduqları sınaqlardan bəhs edir.

İkinci yeri finlandiyalı müğənni Käarijä tutub. 37 ölkədən tamaşaçılar və münsiflər heyəti onun "Cha Cha Cha" bəstəsini 526 balla qiymətləndiriblər.

Mahnı müsabiqəsinin finalında üçüncü yeri israilli müğənni Noa Kirel tutub - onun "Unicorn" mahnısı 362 xal toplayıb. Azərbaycan İsrailə 12 bal səs verib.

"Eurovision-2023" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı əkiz qardaşlar "TuralTuranX" dueti təmsil edib. Amma onlar finala çıxa bilməyiblər.

Azərbaycan 2011-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olub. Ölkəni təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri "Running Scared" mahnısı finalda 221 xalla birinci yeri tutub.

Ukraynadan olan iştirakçı TVORÇİ qrupu altıncı yeri tutub. Onun "Heart of Steel" mahnısı 243 bal toplayıb.

İtaliyanın Turin şəhərində keçirilən bundan əvvəlki “Eurovision 2022” mahnı müsabiqəsinin qalibi “Stefania” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu olub.

Müsabiqənin qaydalarına əsasən, Ukrayna növbəti “Eurovision”a ev sahibliyi etməli idi, lakin ölkədəki müharibə səbəbindən təşkilatçılar festivalı ötən ilin yayında Liverpulda keçirmək qərarına gəliblər.

Rusiya ötən il olduğu kimi bu il də “Eurovision”da iştirak etməyib – müsabiqənin təşkilatçıları Rusiya hərbçilərinin Ukraynada davam edən hərbi təcavüzü səbəbindən yenidən ölkəni dəvət etməmək qərarına gəliblər.

Bu müsabiqədə Rusiyadan başqa Belarus da iştirak etməyib.

'Ermənistan sifariş verib pulunu ödədiyi silahları Rusiyadan ala bilmir'

Armenia-Armen Grigorian , Secretary of the Security Council of Armenia,10March,2023

Ermənistan Rusiyadan sifariş verib pulunu ödədiyi silahları ala bilmir.

Azadtutyun-un yazdığına görə, bunu “Novaya qazeta”ya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Jurnalistin Ermənistanın daim öz siyasi kursunu dəyişməsi ilə bağlı iradına Armen Qriqoryan “son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturasında kəskin dəyişikliklər baş verib”-deyə cavab verib.

“Müqavilə öhdəlikləri yerinə yetirilmir. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələ yenisi də yoxdur. Bu böhrandır ki, var”, - o bildirib.

Belə olanda nə etməli sualına, Armen Qriqoryanın cavabı belə olub: “Yeni mexanizmlər və silah təchizatı axtarılmalıdır, çünki obyektiv olaraq biz Rusiyaya sifariş verdiyimizi və ödədiyimizi almırıq”-cavabını verib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bir neçə belə müqavilənin olduğunu vurğulayıb.

O, həmçinin xatırladıb ki, keçən ilin sentyabrında Azərbaycanla Ermənistan arasındakı sərhəd toqquşması zamanı Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT ) addım atacağı gözləntiləriolub. “Bu, alınmadı”- Qriqoryan qeyd edib.

Təhlükəsizlik Şurasının katibi etiraf edib ki, Ermənistanda KTMT-dən çıxmaqla bağlı müzakirələr gedir. "Bu, təbii reaksiyadır", - o dediklərinə əlavə edib.

Ukrayna ilə sərhəddə Rusiyanın bir helikopteri, iki təyyarəsi qəzaya uğrayıb

Arxiv foto

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində Mi-8 helikopteri qəzaya uğrqayıb.

Şahidlər helikopterin qəzaya düşməni əks etdirən bir neçə videosunu paylaşıblar. Qeydlərə görə, helikopter havada alışıb və düşməyə başlayıb.

TASS fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya səbəb mühərrikin yanması ola bilər. Agentliyin məlumatına görə, iki nəfər həlak olub.

“Baza” isə yazır ki, helikopter uzun müddət şəhərin üzərində dövrə vurub, sonra özəl sektorda az qala düz bucaq altında düşüb. Qəza nəticəsində bir mülki sakinin də yanıq xəsarətləri aldığı bildirilir.

Helikopterin qəzaya uğraması xəbərindən az az sonra Klintsıdan təxminən 40 kilometr aralıda, Bryansk vilayətində Su-34-ün qəzaya uğrayıb. Bu xəbərdən az sonra Rusiyanın Bryansk vilayətinin Starodubski rayonunda Su-35 qırıcısı düşüb.

Rusiya mətbuatı ekipaj üzvlərinin xilas ola bilmdiyini yazır.

İstintaqın ilkin gəldiyi rəy helikopter və qırıcıların elə Rusiya ərazisindən vurula biləcəyi ehtimalıdır. Məsələ ilə bağlı geniş əməliyyat tədbirlərinin başlandığı bildirilir.

Linda Yakkario Tvitterin yeni baş direktoru olub

İlon Mask və Linda Yakkario, 18 aprel 2023

Linda Yakkario Twitter-in yeni baş icraçı direktoru olub. Bu barədə məlumatı Twitter-in sahibi və əvvəlki baş direktoru İlon Mask özünün tvitter səhifəsində paylaşıb.

Linda Yakkario NBCUniversal-ın (NBCUniversal Media, LLC Amerika media şirkətidir)qlobal reklam və tərəfdaşlıq şöbəsinin rəhbəri olub.

Mask bildirib ki, Iaccarino əsas diqqətini biznes əməliyyatlarına, o isə məhsul dizaynına və yeni texnologiyalara yönəldəcək.

"Bu platformanı X - Universal tətbiqinə çevirmək üçün Linda ilə işləməyi səbirsizliklə gözləyirik" deyə Musk yazıb.

60 yaşlı Linda Yakkario 12 ilə yaxın NBCUniversal-da işlədiyi müddət ərzində onun komandasının yüz milyard dollardan çox satış qazandığı bildirilir. NBCU-yə qoşulmazdan əvvəl o, Turner Entertainment-də işləyib, burada da reklam və marketinq sahəsində çalışıb. O, bir neçə dəfə öz sahəsində nüfuzlu qadınların müxtəlif siyahılarında olub.

Mütəxəssislər hesab edirlər ki, Linda Yakkario reklam verənlərin Tvitter-ə inamını bərpa etməyə kömək edə bilər və onun platformalararası reklam satışları təcrübəsi sosial şəbəkənin “daha mənalı media platformasına” çevrilməsində faydalı ola bilər.

Mask Twitter-i 2022-ci ilin oktyabrında 44 milyard dollara əldə edib. Dekabrda o, sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 57%-dən çoxu onun istefasına səs verib.

Daha sonra Mask "bu vəzifəyə razılaşacaq axmaq" tapan kimi vəzifəsini tərk edəcəyini yazıb.

Baş icraçı direktor təşkilatda ən yüksək vəzifədir və mövcud planların və siyasətlərin həyata keçirilməsinə, şirkətin maliyyə gücünün yaxşılaşdırılmasına, davam edən rəqəmsal biznes transformasiyasının dəstəklənməsinə və gələcək strategiyanın müəyyənləşdirilməsinə cavabdehdir.

Maskın sosial şəbəkədə islahatlar aparmaq cəhdləri qalmaqala çevrilib: işçilərin kütləvi şəkildə ixtisarı, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının blokdan çıxarılması və Rusiya hakimiyyət orqanlarının hesablarının axtarışına qayıtması.

İlk növbədə Tesla və SpaceX korporasiyalarının rəhbəri kimi məşhurlaşan milyarderin özü bu addımlarını söz azadlığını qorumaq istəyi ilə izah edib.

CNN: Rusiya Kiyev yaxınlığında Patriot sistemini vurmağa çalışıb

Patriot- hava hücumundan müdafiə sistemi, Varşava hava limanı, 7 fevral 2023

Patriot zenit-raket kompleksinin zərərsizləşdirdiyi "Kinjal" raketini Rusiya Kiyev yaxınlığında bu kompleksin özünü vurmaq üçün atıbmış. Bu barədə CNN iki amerikalı rəsmiyə istinadla xəbər verir.

CNN mənbələrinin dediynə görə, çox güman ki, Rusiyanın elektron izləmə sistemləri, Patriot tərəfindən xeyli məsafədə hədəfləri aşkar etmək üçün istifadə edilən yüksək güclü radardan keçib. Onların fikirincə, şüalanma adətən maskalanır, lakin bu hal da işə yaramayıb.

O da vurğulanır ki, "Kinjal"ın qarşısını almaq üçün bir neçə Patriot raketindən istifadə zərurəti yaranıb.

Bu, bir neçə həftə əvvəl Kiyevə çatdırılan Amerika Patriot kompleksinin Ukrayna tərəfindən ilk məlum istifadəsidir.

Ukrayna ən azı iki Patriot kompleksi alıb. Bunlardan birini ABŞ, digərini isə Almaniya verib. Beləki əvvəllər Ukraynanın arsenalında Rusiyanın hipersəs raketlərini məhv etməyə qadir silahlar olmayıb.

Rusiya Müdafiə Nazirliyindəki yerli media mənbələri "Kinjal"la bağlı xəbərləri arzulananın reallıq kimi verilməsinə cəhd adlandırıb.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq mayın 6-da Rusiyanın hipersəsli "Kinjal" ("Xəncər") raketini vurduğunu açıqlayıb.

Döyüş bölgələrindən gələn son məlumatlara görə, Rusiya ordusu Ukraynadakı bəzi mövqelərindən çəkilməkdədir. Bunu Ukraynada vuruşan Rusiya özəl "Vaqner" silahlı birləşməsinin başçısı Jevgeni Priqojin də bir neçə dəfə səsləndirib.

O yaranmış vəziyyəti silah-sursat qıtlığı ilə əlaqələndirib və buna görə Rusiya müdafiə nazirliyini ittiham edib.

Ukraynaya qarşı hələ də davam edən müharibəni Rusiya 2022-ci ilin fevralında başlayıb.

Davamı

XS
SM
MD
LG