21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 8-də "Avro-2017"nın seçmə mərhələsi çərçivəsində Almaniya millisini qəbul edir.
"Dalğa Arena"da keçirilən oyun saat 19:00-da başlayır.
Qeyd edək ki, seçmə mərhələnin ilk oyununda Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan yığması evdə keçirdiyi ikinci görüşdə Avstriya millisinə 0:2 hesabı ilə məğlub edib.
S qrupunda mübarizə aparan Azərbaycan millisi hazırda 3 xalla 3-cü yerdədir.
Həmçinin Finlandiya ilə Avstriya hərəyə 3 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.
Ondan sonrakı yerlərdə isə 0 xalla Almaniya, Farer adaları və Rusiya millisi gəlir.