Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

9 gün fındıqla qidalanıb sağ qaldı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən 68 yaşlı Bakı sakini tapılaraq yaxınlarına təhvil verilib.

1947-ci il doğumlu Şamil Əliyev Zaqatala Polis Şöbəsinin və Mazıx kənd sakinlərinin birgə apardıqları axtarışlar nəticəsində sentyabrın 6-da yüksək dağlıq-meşəlik ərazidə sağ-salamat tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Ş.Əliyev geri qayıdarkən yolu azıb. O, dağlıq-meşəlik ərazidə 9 gün yalnız su və meşə fındığı ilə qidalanıb. Bu səbəbdən 68 yaşlı Ş.Əliyevdə ümumi zəiflik, halsızlıq və əsəb gərginliyi yaranıb. Həkim müayinəsindən keçən Ş.Əliyev hazırda Zaqatala şəhərində yaşayan bacısının evində müalicə alır.

Ş.Əliyev avqustun ortalarında «Şamilovka» adlanan yüksək dağlıq ərazidə yerləşən yaylağa gəzməyə gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra o, avqustun 28-də Zaqatalanın Mazıx kəndinə geri qayıdarkən yolu azıb və itkin düşüb. /apa/

XS
SM
MD
LG