Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:22

McDonalds mühafizəçinin davranışını araşdırır


Bakıda restorandan qovulan uşaqlı qadın...
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Bakıda restorandan qovulan uşaqlı qadın...

-

«İstər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış yolverilməzdir».

Bakıdakı «McDonalds» restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov AzadlıqRadiosuna açıqlamasında belə deyib.

O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib:

«Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq».

Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.

Sözügedən videonu AzadlıqRadiosunun saytına adının açıqlanmasını istəməyən Bakı sakini göndərib. Onun dediyinə görə, hadisə sentyabrın 3-də, restoranın Nərimanov rayonundakı filialında baş verib.

Videogörüntüdən də görünən odur ki, mühafizəçi dilənçi olduğu ehtimal olunan qadın və onun yanındakı azyaşlı uşaqla kobud davranır, onlara əl qaldırmaqla ərazidən uzaqlaşdırmağa çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG