Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 03:15

"Qəbələ" İdman Klubu həbsdə olan futbolçusu Cavid Hüseynovun Avropa Liqasının qrup mərhələsi ilə bağlı UEFA-ya göndərilən siyahıya salınmasına aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, bunu klub rəsmi özünün Facebook səhifəsində yazıb:

“Futbolçu barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır.Qrup oyunları isə dekabrın ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun təqsiri sübuta yetirilməsə və o azadlığa çıxsa, qrup oyunlarında iştirak şansı qazanacaq, buna görə onun adı siyahıya salınıb.”-deyə rəsmi bildirir.

Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan ərizəyə sonradan əlavələr etmək mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG