Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Ölkənin baş teatrında nə baş verir?


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı

-

“Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 18-də İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə açacaq”

Bu sözləri AzadlıqRadiosuna teatrın mətbuat katibi Elçin Cəfərov deyib.

Onun sözlərinə görə, mövsümün açılışından öncə teatrda mətbuat konfransı düzənlənəcək: “Mətbuat konfransına bütün media təmsilçilərini dəvət edəcəyik”.

Elçin Cəfərov son günlər Milli Teatrda baş verən qalmaqallara şərh vermək istəməyib: “Yəqin ki, müvafiq qurumlar bu məsələyə münasibət bildirəcəklər”.

Teatr aktyorlarının dövlət başçısına – prezidentə müraciətini mətbuat əlaqələndiricisi belə şərh edib: “Hazırda teatrda yeni təyinat baş verib. Nüfuzlu teatr adamı Azərpaşa Nemətov bədii rəhbər-baş rejissoor təyin edilib. İndi kollektiv daxilində müəyyən təhlillər aparılır. Yəqin ki, mətbuat konfransında bu məsələlərə aydınlıq gətiriləcək”.

Son vaxtlar media məkanında Akademik Milli Teatrla bağlı xoşagəlməz xəbərlər dolaşır.

Avqustun 31-də teatrın bir qrup aktyoru ölkə prezidentinə müraciət imzalayıb.

Onlar İsrafil İsrafilovun direktor təyinatından sonra teatrda vəziyyətin pisləşdiyini bildirərək, onun yenidən direktor postuna təsdiqlənməsinə qarşı çıxıblar.

XS
SM
MD
LG