Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:39

«Şeyx Sənan» gürcücə danışacaq


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

-

Hüseyn Cavidin «Şeyx Sənan» əsəri ilk dəfə iki dildə-gürcü və Azərbaycan dillərində səhnəyə qoyulacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır.

Layihə çərçivəsində «Şeyx Sənan» faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə gerçəkləşəcək.

Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissədə isə Tbilisidə baş verir. Ona görə də, birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.

XS
SM
MD
LG