Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 06:15

Xarici işlər naziri işdən azad edildi


Tamar Beruchashvili

Gürcüstanın baş naziri İrakli Garibashvili xarici işlər naziri Tamar Berucashvilini işdən azad edib.

Baş nazir onun yerinə iqtisadiyyat naziri Georgi Kvirikashvilini təyin edib.

Garibashvili bunuqəflətən sentyabrın 1-də bəyan edib.

Baş nazir Berchasviliyə uğurlu işinə görə təşəkkür bildirib.

Beruchashvili bu vəzifəyə ötən ilin n oyabrında təyin edilmişdi.

“Hökumətin əsas diqqəti iqtisadi inkişaf və yeni iş yerlərinin açılmasına yönəlib. Və bizim xarici siyasət və daxili iqtisadi gündəmimizi bu məqsəd müəyyən edir”.-deyə Garibashvili vurğulayıb.

Kvirikashvilini isə Tbilisi merinin müavini Dimitry Kumisishvili əvəz edəcək.

XS
SM
MD
LG