Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Şiddətli fırtınalar, guruldayan göylər, qəmgin qağayılar


Şəhriyar İbrahimov
Şəhriyar İbrahimov

- Şəhriyar İbrahimov

Şəkillərdən boylanan xatirələr

Ümidlə aldığımız təsəlliləri geri qaytardıq.

Dünəndənqalma bütün gülüşlərimiz qeybə çəkildi.

Sən demə bizim taleyimizin konstitusiyasında xoşbəxtlik qanunu yox imiş.

Nəqarəti ayrılıq olan bütün mahnıları əzbərlədim,

Mən nə vaxt yoxluğunla baş başa qalmışamsa sənə bir az daha yaxınlaşmışam...

İndi qəlbim bütün intiharlara açıqdır, gözlərim ağlamağa, əllərim titrəməyə meyillidir,

Tənha ulayan bütün itlər məni darıxmağa sövq edir...

Saxta təbəssümlərim əyniyalındır,

Tanrı bütüb xoşbəxtliklərimə ambarqo qoyub.

Baxdığım bütün insanları bədbaxt görürəm, bəlkə də bədbaxt gözlərlə baxıram..

Bir az şəkillər köhnəldi,

Bir az gözlərim zəiflədi,

Bir az xatirələr ağ-qara oldu,

Qalan hər şey eyni..

Xatirələr indi şəkillərdən boylanır,

Ümidlərimi üst-üstə qoyuram,amma yenə də əlim xoşbəxtliyə çatmır..

İndi mənə yaxın olan tək şey sənin uzaqlığındır,

Hərdən səndən bəhs edirəm qaranlığa, gecə köynəkli səmalara, üstünə çilənay düşmüş dənizlərə, heç bir şairin demədiyi misralarla...

Hələ yolunu gözləyirəm, dodaqlarımda bir az öpüş, gözlərimdə bir az təbəssüm dəmlədim. elə bir mövsümdə gəl ki, göz yaşlarımız yetim qalmasın...

Mən səni hər yerdə görürəm axı...

Sızlayır sinəmin sən olan yeri,

Dərman yox yaramı bağlamaq üçün.

Üfürüb ovutdum xatirələri,

Yağışlı bir gündə ağlamaq üçün...

Səni qucaqlamır bu yetim qollar,
Dərd, fikir başımdan sovuşan deyil.
Daha biz görüşən o kəsə yollar,
Küsüb... halımızı soruşan deyil..

Ənsəmdə həsrətin soyuq nəfəsi.
Qıvrım saçlarından izimi soyun.
Soruşma,soruşma daha necəsən,
Mən axı sənsizəm bir ömür boyu...

Sevgisiz baxırsan daş heykəl təki,
Oxu gözlərimdən dərdimi, oxu.
Elə girmisən ki gözümə, qadın.
Mən səni hər yerdə görürəm axı...

Sən yoxsan nəsə çatmır

Sən yoxsan nəsə çatmır,

Bir şeylər əskik.

Üzümdən gülüş

Sol tərəfimdən bir parça, gözlərimdən işıq...

Sən yoxsan nəsə çatmır səhər çətin açılır, gecə kədər yorğanını üzərimə sərir.

İçimdə bir qorxu var

Qorxuram ki cəhənnəmdə birgə yanmarıq, mən üşüyərəm...

Sən yoxsam, çox şey əskik, bir qulağım telefonda qalıb.

Bir gözüm yolda.

Nəmli pəncərəm yol gözləməkdən darıxır,

Sən yoxsan çox şey var

Şiddətli fırtınalar, guruldayan göylər, qəmgin qağayılar, hüznlü nəğmələr var...

Birdə ayrlıqlar var.

Düzü biz ayrılmamışıq

Sən getmisən mən ikiyə ayrılmışam

XS
SM
MD
LG