Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Nazir Qubada vətəndaşlarla görüşüb


Şahin Mustafayev.
Şahin Mustafayev.

-

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev avqustun 29-da Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

apa xəbər verir ki, nazir qəbulda 50-dən çox vətəndaşın müraciətini dinləyib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb. Qalanlarının həlli üçün tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, əkin sahələrinin suvarılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

XS
SM
MD
LG