Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 18:12

Gürcüstanda elektrik enerjisi bahalaşır


Foto arxiv

Gürcüstanın energetika və su təhcizatı üzrə milli tənzimləmə komissiyası sentyabrın 3-də Tbilisidə elektrik haqqının bahalaşması ilə bağlı layihə təqdim edəcək.

Bu barədə AzadlıqRadiosunun gürcü xidməti yerli mətbuata istinadla məlumat yayıb.

Tblisinin elektrik enerjisi ilə “Telasi” şirkəti təmin edir.

Şirkət komissiyadan tarifin qaldırılmasını istəyib və səbəb kimi milli valyutanın düşməsini göstərib.

Avqustun 1-dən Gürcüstanın əksər regionunda elektrik 22 faizdən də çox bahalaşıb.

Tariflərin bahalaşmasının mümkünlüyü müxalifət partiyalarının etirazına səbəb olub.

Bundan başqa şəhər sakinləri indən belə komunal xidmətlərə görə meriyadan maliyyə yarımı ala bilməyəcəklər.

Paytaxt hökuməti yalnız ehtiyacı olanlara yardım ediləcəyini deyir.

XS
SM
MD
LG