Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:28

Qurban Qurbanov: «Əlimizə yaxşı şans düşüb»


Qurban Qurbanov
Qurban Qurbanov

-

«Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşısını alaq».

Bunu avqustun 27-də Avropa Liqasının «play-off» mərhələsində keçiriləcək «Young Boys»la (İsveçrə) cavab matçı öncəsi «Qarabağ» komandasının baş məşqçisi Qurban Qurbanov deyib. Məlumatı komandanın rəsmi saytı yayıb.

Qurban Qurbanov matçın keçiriləcəyi T.Bəhramov adına Respublika Stadionunun ot örtüyündən də danışıb: «Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik».

Baş məşqçi səfərdə qazanılan 1:0 hesablı qələbədən sonra Bakıda da qələbə uğrunda mübarizə aparacaqlarını deyib: «Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır».

Qurban Qurbanov komandasının hücumlarının daha kəsərli olmasına çalışdıqlarını da deyib.

Komandanın penaltilərə hazır olub-olmaması haqqında isə deyib ki, penaltilər seriyasında futbolçular sərbəst olmalıdır: «Penaltilər lotereya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq».

Qarşılaşma avqustun 27- saat 21.00-da keçiriləcək. Səfər oyununda «Qarabağ» «Young Boys»a 1:0 hesabı ilə qalib gəlmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG