Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 11:33

Qaz terminalı yaxınlığında partlayış olub


Arxiv fotosu

-

Əfqanıstanın qərbində, Herat şəhərində qaz terminalı yaxınlığında böyük partlayış baş verib. 10-u uşaq olmaqla, 11 nəfər həlak olub. Azı 18 nəfər xəsarət alıb. Onların sırasında qadınlar və uşaqlar var.

Rəsmilər 10 nəfərin ağır durumda olduğunu bildirir. Qaz balonlarını daşıyan yük maşını partlayıb.

Avqustun 24-də Əfqanıstanda Dahana-e-Kamar Kalagh şəhəri ərazisində partlayış səsləri eşidilib.

Bu şəhərdə böyük qaz terminalı yerləşir, ölkənin qərb vilayətlərini qazla təmin edir.

Həmin partlayışların qəza, ya hücum nəticəsində törədildiyi bəlli deyil.

XS
SM
MD
LG