Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 00:52

Ukraynada müstəqillik tərəfdarları artıb


Andriy Bychenko

Ukraynada keçirilən son rəy sorğusu göstərir ki, ölkənin şərqində rusiyapərəst separatçılarla 16 aylıq müharibədən sonra ölkənin müstəqilliyini daha çox ukraynalı dəstəkləyir.

Bu son 15 il ərzində ən yüksək göstəricidir.

Sorğunu avqustun 24-ü, müstəqillik günü ərəfəsində Kiyev-Razumkov mərkəzi keçirib.

Mərkəzin direktoru Andriy Bychenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, sorğunun nəticələri 2014-cü ilin fevralında keçmiş prezident Viktor Yanukovychin devrilməsi və bundan sonra ölkənin şərqində rusiyapərəst separatçılarla müharibədən sonra ölkədə vətənpərvərlik ruhunun artdığını göstərir.

Ötən ilin aprelindən bu yana ölkənin şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

XS
SM
MD
LG