Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 20:17

Qahirədə altı polis yaralanıb


Partlayış baş verən ərazi, 20 avqust, 2015-ci il

-

Misirin paytaxtı Qahirədə milli təhlükəsizlik binası yaxınlığında, yaşayış məhəlləsində böyük bomba partladılıb. Azı altı polis yaralanıb, yaxınlıqdakı binaların fasadları dağılıb.

Avqustun 20-də səhər saatlarındakı partlayışda ölənlər barədə hələlik məlumat yoxdur.

Partlayış nəticəsində hökumət binasının qarşısındakı divar dağılıb. Əraziyə sınmış pəncərələrin qırıntıları səpələnib.

Sosial media istifadəçiləri partlayışdan 10 km uzaqda səsini eşitdiyini yazıblar.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

XS
SM
MD
LG