Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Amerikada türklər, iranlılar və ruslar film yarışdıracaqlar


- Gələn həftə başlanacaq 39-cu Montreal Film Festivalında (27 avqust – 7 sentyabr) dünyanın müxtəlif ölkələrindən olan filmlər yarışacaq. Şimali Amerikada yeganə müsabiqə tipli film festivalı olan bu festivalda qonşularımız iştirak edəcəklər.

Festivalın rəsmi səhifəsinə əsasən Oxu Zalının verdiyi xəbərə görə, festival iranlı rejissor Məcid Məcidlinin “Məhəmməd” epik filmi ilə açılacaq.

Festivalın yarışma hissəsində iki iranlı rejissorun filmi olacaq: Xosrov Məsuminin “Tabu” filmi və Mustafa Ahmedinin “Yaxından” filmi.

Türkiyə festivalda üç filmlə təmsil olunacaq. Özcan Alper'in "Rüzgarın xatirələri" filmi, Mehmet Eryılmaz'ın "Misafir" filmi, Selim Evci'nin "Gizli" filmi.

Rus filmi festivalda Sergey Popov’un “Berlinə yol”, Vladimir Bortko’nun “Casus ruhu” filmləri timsalında təmsil olunacaq.

XS
SM
MD
LG