Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Azərbaycan 30 sürət qatarı alır


Foto arxiv

“Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xətti üçün Türkiyədən daha 30 vaqon alacaq və qatarların artıq gələn ildən ölkəyə gətiriləcəyi gözlənilir.”.

Bunu yerli agentliklərə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O bildirib ki,Bakı-Tbilisi-Qars istiqamətində hərəkət edəcək yüksək surətli qatarlarla digər qonşu ölkələrə də səyahət etmək mümkün olacaq.

Nadir Əzməmmədov bildirib ki, bu qatarla Türkiyəyə cəmi bir günə getmək olacaq.

Amma öncə bu istiqamətdə yük, sonra isə sərnişin daşınması həyata keçiriləcək - deyə o vurğulayıb.

XS
SM
MD
LG