-
«Cavid Hüseynov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb».
Bu barədə AzadlıqRadiosuna onun vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil onu bildirib ki, futbolçunun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbail rayon Məhkəməsinə müraciət edəcək.
Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Bundan öncə Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılırdı.
Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev futbolçunun qohum və yaxınları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da orada vəfat edib.