Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Diş çubuqları ilə İslama çağırırlar


Gülərək çubuqlar paylayırlar.
Gülərək çubuqlar paylayırlar.

-

Yerli əhali ilə dilxoşluq etmək üçün şirniyyat paylamaq döyüşçülər arasında geniş yayılmış üsuldur. Amma «əl-Qaidə»nin Suriya qanadı yeni taktikaya əl atıb. Xalqın dəstəyini qazanmaq üçün «Cabhat ən-Nusra» şimal Hələb əyalətində diş təmizləyən çubuqlar paylayır. Deyilir ki, bu, Məhəmməd peyğəmbər tərəfindən tövsiyə olunub.

«Əl-Qaidə»nin Suriya filialı olan «Cabhat ən-Nusra» təbliğat xarakterli seriya səkillər çap edib. Bu şəkillərdən görünür ki, Suriyanın şimalındakı Hələb əyalətində döyüşçülər misvak – və ya diş təmizləyən çubuqlar paylayırlar.

Fotolar «ən-Nusra»nın rusdilli media qanadı olan «Ağ Minarə» tərəfindən avqustun 12-də «Vkontakte» şəbəkəsində yayılıb. Özbək əsilli Katiba Sayfullah Shishani-nin başçılıq etdiyi batalyonun döyüşçüləri gülərək çubuqlar paylayırlar.

«Dini diş fırçası» rəngbərəng təbliğat broşürünə bükülərək «ən-Nusra»nın Hələbin şimalındakı nəzarət-keçid məntəqəsindən keçən avtomobillərdəki, motosikletlərdəki insanlara verilib.

Keçid məntəqəsindəki böyük plakatda deyilir: «Qərar yalnız Allaha məxsusdur».

Şəkillərdə döyüşçülər arasında təbliğat materialları paylayanlardan biri də «Katiba Sayfullah»ın əmir və ya komandirlərindən olan etnik özbək Abu Ubaida al-Madani-dir.

«Ağ Minarə»yə görə, bu tədbirin məqsədi «yerli əhalini İslama çağırmaq və onlara Şəriət qanunlarını izah etmək olub».

Suriya münaqişəsində ən güclü silahlı qruplaşmalardan olan «ən-Nusra» bu kiçik təbdirlə müqayisədə daha böyük – «Dava» adlanan missioner layihə həyata keçirib.

«Əl-Qaidə»nin Suriya filialı 2012-ci ilin avqustunda öz xeyriyyə tədbirlərini təbliğ etmək baxımından birinci olub. O zaman filial şərqi Suriya kəndlərini ərzaqla təmin etmək üçün yola çıxan azuqə karvanını göstərən video yaymışdı.

«Ən-Nusra»nın keçmiş «Dava» tədbiri ilə müqayisədə «Katiba Sayfullah»ın indi ancaq broşürlər və diş təmizləyən çubuqlar paylaması çox sönük görünür.

Bununla belə, Suriyanın şimalında və şimal-qərbində güc balansının tez-tez dəyişdiyi bir zamanda, «ən-Nusra»nın belə kiçik cəhdi də suriyalıların ürəkləri və beyinləri uğrunda böyük çarpışmada vacib amildir.

ANTİ-NUSRA ƏHVAL-RUHİYYƏSİ?

«Dava» tədbiri Hələb əyalətində bəzi suriyalıların «ən-Nusra» idarəçiliyindən narazılıqları fonunda davam edir.

Qərbi Hələbdəki əl-Atareb şəhərinin sakinləri avqustun 10-da «ən-Nusra» əleyhinə etiraz ediblər. Onlar «əl-Qaidə» filialını şəhəri tərk etməyə və tutulanları azad etməyə çağırıblar. Bunu müxalifyönlü All4Syria xəbər saytı xəbər verib.

«Katiba Sayfullah»ın rusdilli döyüşçüləri nümayişləri qətiyyətlə pisləyib, etiraza qatılanları «amerikapərəst» adlandırıb. «Ən-Nusra» baş verənləri ləkə hesab edir.

«Vkontakte» səhifəsində «ən-Nusra»nın Rusiyanın Volqoqrad şəhərindən olan Abu Rofik adlı döyüşçü Atareb nümayişçilərini tənqid atəşinə tutub. Onları ABŞ tərəfdarı olan Azad Suriya Ordusunun «Harakat Hazm» fraksiyasında olmaqda suçlayıb. «Hazm» mart ayında «ən-Nusra» ilə qanlı döyüşlərdən sonra özünü buraxıb.

«Allah bizimlədir, siz məhv ediləcəksiniz, Allah sizi cəzalandıracaq»,- Abu Rofik avqustun 12-də Atareb nümayişçilərinə belə müraciət edib.

Abu Rofik Atareb sakinlərini nankorluqda günahlandırıb:

««Ən-Nusra» ərzaq məmulatları, qaz, su, elektrik paylayır və hər şeyi çox gözəl idarə edir, bu məxluqlar isə kafirləri dəstəkləyir».

O daha sonra deyib: «Ancaq Allaha şükür ki, başqa qruplar «ən-Nusra»nın antiamerika mövqeyini dəstəkləyir».​

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG