Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 03:35

Müslüm Maqomayevin doğum günüdür


Müslüm Maqomayev

-

Bu gün – avqustun 17-də ünlü müğənni və bəstəkar Müslüm Maqomayevin doğum günüdür.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. Milanın "La Skala" opera teatrında təcrübə keçib.

Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib.

Müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Doğum günü ilə əlaqədar bu gün bəstəkarın Fəxri Xiyabanda anım mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

XS
SM
MD
LG