Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Boş yerlərə ixtisas seçimi başlanıb


Foto illüstrasiya

-

Avqustun 14-dən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.

Dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Multimedia

XS
SM
MD
LG