Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:04

Yeni insanlar gələcəklər, nələr oldu deyəcəklər...


Roque Dalton
Roque Dalton

- Salvador - Mərkəzi Amerikanın ən kiçik, Qərb yarım-kürəsinin ən zorakı ölkəsidir. Bu ölkədə təkcə bu il müxtəlif mafiya qrupları arasındakı atışmalarda 2 min insan öldürülüb. 700 nəfəri yalnız iyun ayında itirib həyatını. Bu ölkəyə Qərbin Əfqanıstanı da demək olar...

Salvador ədəbiyyatı nə deyir bu haqda? Məsələ burasındadır ki, ölkənin ən nüfuzlu şairi Roque Dalton (1935-1975) özü də qətlə yetirilib. Kiçik ixtisarlarla şairin bəzi şeirlərini hərfi tərcümədə təqdim edirik.

Niyə yazırıq

İnsanın əlində kiçik bir ölkə var

Qorxunc tarixlər

Təhdidkar bıçaqlara bənzəyən ölülər...

Ümiddən qoca olmayan

hamısı ayaq üstə, saysız sağlam gənc,

çiçəkdən qat-qat güclü üsyançı çörəkçi qadınlar,

həyatı xatırladan dərzilər,

sevgililər,

ara-sıra rast düşən çörək, xəstə uşaqlar,

xəyanət edən advokatlar...

kişi xədim çıxdı deyə dağılan toylar,

pis yola düşən qızlar,

körpülər, saralmış fotolar və afişalar...

Amma gün gələcək insan öləcək

Sabah

Bir il

Bir ay sonra təzə bir yarpaq da qalmayacaq

Məğlub olacaq və gedəcək torpağın dərinliklərinə,

Amma yeni insanlar gələcəklər

Nələr oldu deyəcəklər

Kim olduğumuzu soruşacaqlar,

Kimlər ləkəsiz işıqlarıyla onlara yol göstərdi,

Kimlərin xatirəsini lənətləməli...

Bəli

Həmin o işi görürük, -

Bəxtimizə düşən zamanı onlar üçün qeyd edirik

***

Mənim ölkəm, sən yoxsan

Pis çəkilmiş siluetimsən, bu qədər.

Düşmənlərin başın aldadan bir söz idin

sənin kiçik,

eyni vaxtda Quzeyi və Güneyi olmayacaq qədər kiçik

olduğunu anlamazdan öncə.

İndi isə bilirəm yoxsan,

bundan başqa,

heç kəsin ehtiyacı da yoxdur sənə

Səndən danışan bircə ana belə, yoxdur

Bu məni sevindirir əslində

Bu onu göstərir ki, mən bir ölkə kəşf etmişəm

Lap dəlixanalardakı kimi.

Sənin sahilində kiçik bir Tanrıyam

***

Mən də sənin kimi

Sevirəm eşqi, həyatı, xoş, sevindirici şeyləri

Yanvarın mavı zəmi mənzərələrini

Mənim də qəlbim alovlanır görəndə gülən gözlərindən

yaş axığını

İnanıram dünyanın gözəl olduğuna

və şeirin də çörək kimi hamımız üçün olduğuna

Damarlarım öldürməz məni

Amma içindəki qan bütün gücüylə

Həyat üçün

Eşq üçün

Kiçik şeylər üçün

Maviliklər və çörək üçün coşmaqda

Hamımızın şeiri üçün coşmaqda.

XS
SM
MD
LG