Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Arturo Desimone. Sizin cəmiyyətdə elə güc var ki...


Arturo Desimone
Arturo Desimone

- "Azərbaycanlı tanışlarımla əlaqəni, onlara “Əli və Nino” romanını oxuduğumu deyərək qurmuşdum."

"Romantizm bir idealogiya kimi Orta Şərqdə hələ yaşamağa davam edir."

"Polşanı çox sevdim, amma onun mədəniyyətinin Almaniyanın ciddi təsirinə məruz qalması, həddən artıq rasionallaşması, Qərbləşməsi məni üzdü."

Günel Mövlud və Arturo Desimone'nin söhbəti

Arturo Desimone - Argentinalı rəssam və şairdir. Onu maraqlı edən nüanslardan biri də, inqilabların baş verdiyi ölkələrə səfər etmək, mövzuları inqilablardan almaqdır.

Qeyri-adi dərəcədə intellektual, maraqlı bir insan olan rəssam Şərq, xüsusilə də Azərbaycana böyük maraq göstərir.

Arturo azərbaycanlı dostlarının köməyi ilə azərbaycanlı şairlərin şeirlərini oxuyur, ingilis dilinə tərcümə edərək, əcnəbi jurnallara göndərir.

İki il əvvəl Arturo intihar edən fəal Nilufərin ölümünü təsvir edən rəsm çəkmişdi. Həmin ərəfədə onunla başlayan tanışlığımız və dostluğumuz bu günə qədər davam edir.

"ELƏ ADAM YOXDUR"

- Salam, Arturo. Biz sizinlə iki ildən çoxdur ki, tanışıq. Barənizdə danışanda, bizim üçün etdiklərinizi deyəndə, adətən belə reaksiya olur ki, Arturo uydurulmuş obrazdır. Elə adam yoxdur.

Bir az qəribə sual olacaq, amma sizin var olduğunuzu sübut etmək üçün biz nə edə bilərik?

Arturo Desimone
Arturo Desimone

- Bunu həll etmək çətindir, amma mümkünsüz də deyil.

Bəlkə tezliklə elə imkan yaranacaq və biz mənim mövcudluğumu sübut edə biləcəyik.

Ola bilsin, mənim mövcudluğumu sübut edən hekayə bəs etməsin. Buna görə biz bir yerdə şəkil çəkdirməliyik. Amma bir dəqiqə, mən sizin üçün çox şey etmişəm ki?

Düşünürəm ki, xarici intellektualların və yaradıcı adamların Azərbaycan, onun siyasi və mədəni axınları ilə maraqlanması çox normal və yaxşı haldır.

"Novruzda Azərbaycana gəlmək istəyirəm"

- Azərbaycanlı fəalın intiharına rəsm həsr etdiniz, azərbaycanlı şairənin şeirlərini ingilis dilinə tərcümə edirsiniz, Azərbaycanda baş verənləri izləyirsiniz.

Bu maraq hardandır? Ümumiyyətlə, bir yaradıcı əcnəbi üçün, Azərbaycan nəyi ilə maraqlıdır?

- Mən intihar etmiş Nilufərin rəsmini çəkdim. Marağım, Avropa Universitetində oxuyarkən tanış olduğum, əlaqə qurduğum azərbaycanlılardan gəlir.

Dostlarımın Azərbaycanda baş verən siyasi hərakatlardan, öz ölkələrinin azadlığa qovuşması barədə danışdıqlarından təsirlənmişdim.

Orta Şərq mədəniyyətinə sahib olan ölkələr ehtirasa, faciələrə inanırlar, bu onların dünyasıdır.

Azərbaycanlı tanışlarımla əlaqəni, onlara “Əli və Nino” romanını oxuduğumu deyərək qurmuşdum.

O zamanlar ölkəniz haqında çox şey bimirdim. Azərbaycanlı dostlarım məni daima evlərinə dəvət etdiklərindən, Azərbaycan haqqında məlumatım da artdı.

Orta Şərq mədəniyyətinə sahib olan ölkələr ehtirasa, faciələrə inanırlar, bu onların dünyasıdır. Məncə, Romantizm bir idealogiya kimi Orta Şərqdə hələ yaşamağa davam edir.

Bu mənada mən, özümü Orta Şərq mədəniyyətinə bağlı Arubalı-Argentinalı şair hesab edirəm.

Amma hazırda, ola bilsin ki, yaxın ətrafınızda olan qonşu dövlətlərdə baş verən müharibələr və iqtisadi dəyişikliklər romantizmin idealoji əsaslarını sarsıdır və onu dəyişdirir.

Azərbaycan doğrudan çox ilhamverici ölkədir. Axı siz, Sovet keçmişini, Rusiya təsirini, Türk köçəri həyatını, İran mədəniyyətini özündə birləşdirən və daşıyan ölkəsiz.

Mən bütün bunların mətbəxinizin inqrediyentləri olduğunu demək istəmirəm, amma onların hamısının çox ciddi poetik təsirləri olub.

- Azərbaycana gəlməyə heç cəhd etdinizmi və ya belə bir fikriniz varmı?

- Novruz günlərinin birində Azərbaycana gəlmək istəyirəm. Heç zaman orda olmamışam, amma olmağı çox istəyirəm. Mən həm də, Gürcüstanda yaşayan dostlarımı ziyarət etmək istəyirəm.

"Orta Şərq cəmiyyətlərində elə güc var ki"

- Bizim ölkədəki məhbusların da kədərli dramları var. Məsələn, Tofiq Yaqublunun qızı atası həbsxanda ikən dünyasını dəyişdi.

İki ildən artıq bir müddətdir ki, həbsdə olan Rəşadat Axundovun oğlu doğuldu, ata isə oğlunu ancaq məhkəmə zallarında görür...

Biz öz dövrümüzün sarsıntılarını ədəbiyyata, incəsənətə çevirə bilmirik. Sənin bunlardan xəbərin varmı və varsa, nə zamansa sənin rəsmlərində, ya şeirlərində bu sarsıntılar əks olunacaqmı?

Arturo Desimone
Arturo Desimone

- Çox təəsüf ki, bütün bu müzakirələri ədəbiyyata və incəsənətə çevirmək olmur.

Həbsxana bu kimi işlərin görülməsi üçün uyğun məkandır.

Düşünürəm ki, əsas probemlərdən biri odur ki, dünyanı və cəmiyyətləri dəyişmək istəyən insanlar bunun üçün yalnız texnologiya və elmi məlumatlardan qidalanırlar.

Düşünürəm ki, zülm, öz gücünü zülm edilənlərin ruhunda açdığı dəliklərdə və onlardan yaratdığı bürokratlar və menecerlərdə göstərir.

Bizdən əvvəlki dövrlərdə yaşamış ictimai intellektualların, müxaliflərin danışıq dili poeziyaya daha çox yaxın idi, hətta deyərdim ki, ondan ayrılmaz idi. Amma indiki gedişat daha çox empirizmə, siyasi elmlərə dayanır.

İnsanlar sistem dəyişikliyindən elə danışırlar, sanki “Windows” kompüter əməliyyat sisteminin ləğv olunmalı oldğunu deyirlər.

Düşünürəm ki, zülm, öz gücünü zülm edilənlərin ruhunda açdığı dəliklərdə və onlardan yaratdığı bürokratlar və menecerlərdə göstərir.

Poeziya və incəsənət bu kimi bürokratikləşməyə və dağıdıcılığa qarşı müqavimət göstərən yeganə silah növüdür.

Ən pisi də odur ki, əzilənlər və onları əzənlərin eyni jarqonda, yəni, texniki dildə danışması onları eyniləşdirərək, ayrılmaz edir.

Bunu bütün dünyada gedən aktivizmdə müşahidə etmək olar.

Bunun bir səbəbi də odur ki, indiki Sol hərəkatlar, incəsənətə yer verməyən imperial Qərb cəmiyyətlərinin akademiyalarında, onların bürokratik qurumlarında, postmodernist və istehlakçı mədəniyyətlərində təmsil olunur.

Bu qızın polis tərəfindən qorxudulması nəticəsində ölməsi, onun tənhalığı çox dəhşətlidir.

Məncə, insanlar Yevgeni Zamyatinin “Biz” adlı romanını min dəfə oxumalıdır ki, yenidən özlərinə qayıda bilsinlər.

Nilufərin hekayəsi mənə ona görə təsir etdi ki, bunu mənə danışan dostum (indi onun adının çəkilməsini istəyib-istəmədiyini bilmirəm) çox təsirli təsvir etmişdi. (davamı aşağıda)

Nilufərin intiharı, Arturo Desimone
Nilufərin intiharı, Arturo Desimone

Bu qızın polis tərəfindən qorxudulması nəticəsində ölməsi, onun tənhalığı çox dəhşətlidir.

Ümumiyyətlə, bir mövzunu incəsənət etmək üçün gərək həmin mövzu mənə şəxsən toxunsun.

Latın Amerikası tarixi kimi, Argentina tarixi də mənə çox təsir edir. Amma eyni zamanda bir çox xarici ölkələrin də tarixi mənə təsir edə bilir.

Əminəm ki, 19-cu əsrdə Orientalist incəsənət nümunələri yaradan avropalı yaradıcı adamların çoxusu Orta Şərqə xas olan əsrarəngizlikdən təsəriləniblər.

Orta Şərq cəmiyyətlərində elə güc var ki, o gücü başqa cəmiyyətlərdə tapmaq mümkün deyil.

"Ukrayna hadisələri barədə deyəcəklərim yəqin səni üzəcək"

- Ötən dəfə mənə müsahibənizdə son illərdə baş verən bir çox inqilablar zamanı həmin ölkələrdə olduğunuzu demişdin, maraqlıdır, Ukraynada, Maydanda da oldunuzmu?

- Bağışla, mən Ukraynaya getmədim. Babam Kiyevdəndir, mənim qəhramanım İsaak Babel. O, Odessa və kazaklar haqqında çox yazıb.

Mən bir müddət Şərqi Avropada yaşamaq istədim. Dəfələrlə Polşada oldum, çünki 70 il bundan əvvəl törədilən genosid hadisəsinə görə mənim bir çox qohumlarım oranı tərk etmişdi.

Polşanı çox sevdim, amma onun mədəniyyətinin Almaniyanın ciddi təsirinə məruz qalması, həddən artıq rasionallaşması, Qərbləşməsi məni üzdü.

Ona görə hesab edirəm ki, Ukrayna mənim üçün daha maraqlı olacaq. Amma müharibə başladığı üçün ora səfər edə bilmədim. Yəqin Odessaya səfər edəcəm.

Onun kitablarından birinin adı “Kölə Ağıl” adlanır. Bu kitabında yazıçı, polşalıların necə kölə ağla sahib olduğunu izah edir. Yazıçı polşalıların gah Alman imperializmi, gah da Rusiya gücünün əsiri olduğunu təsvir edir.

Ukrayna hadisələri barədə deyəcəklərim yəqin səni üzəcək. Mən Euro-Maydan xəbərlərinə baxdıqda şoka düşmüşdüm.

Çünki məlum olurdu ki, Avropa Birliyinə qoşulmaq üçün etiraz edən ukraynalılar Avropa Birliyinin Yunanıstanı nə günə saldığını izləməyiblər. Həmişə maraqla oxuduğum bir polşalı şair, intellektual var, adı Czeslaw Miloszdur.

Onun kitablarından birinin adı “Kölə Ağıl” adlanır. Bu kitabında yazıçı, polşalıların necə kölə ağla sahib olduğunu izah edir.

Yazıçı polşalıların gah Alman imperializmi, gah da Rusiya gücünün əsiri olduğunu təsvir edir. Belə görünür ki, ukraynalılar Almaniyanın hazırda necə bir super-gücə çevrildiyini görmürlər.

Almaniya və Avropa qrupu Yunanıstanı rəsmən koloniyalaşdırıblar. Belə nəticəyə gəlirəm ki, ukraynalılar da, polşalılar kimi kölə ağlına sahiblənirlər.

Onların Rusiyanın güc dairəsindən çıxmaq arzuları, istəkləri o qədər şiddətli və ümidsizcəsinə güclüdür ki, onlar çox rahatlıqla Almaniyanın koloniyası olmağı Rusiya alternativindən üstün tutublar. Bu, dəhşətli faciədir.

"Kədərdən xilas olmaq üçün..."

- Sonda sizə bir şair sualı vermək istəyirəm, Arturo, bir şair kimi kədərdən heç olmasa, müvəqqəti olaraq, necə xilas olmaq olar?

Məsələn, mən indi çox əzab çəkirəm və istəyirəm bu əzabı anlayan biri mənə kömək etməyə çalışsın...

- Yaxşı sualdır. Bilmirəm.

Məncə, şeir melanxoliyasız, kədərsiz mövcud ola bilməz. Həyatın kədərindən gələn indiki anlarım sabah mənim üçün şeir, dinləyəcəyim musiqi deməkdir.

Bu günlərdə mistisizm ilə çox ehtiyatlı davranır, yazı yazmadığım müddətdə fiziki dünyadan daha çox həzz almağa çalışıram... (bunun özü də fiziki hərəkətdir, amma əzabvericidir)

Bəlkə də, melanxoniyadan qurtulmağın yollarından biri, insanları incəsənət olmadan ağlada bilməkdən keçir. Uğur qazandığını bildiyin üçün özünü xoşbəxt hiss edə bilərsən, amma bu uğurda maddi, illuziyon nəsə olmamalıdır…

Bəlkə də Azərbaycandakı Novruz mənim melanxoliyama kömək edəcək…

XS
SM
MD
LG