Keçid linkləri

Təcili xəbərlər
2022, 03 İyul, bazar, Bakı vaxtı 13:32

Dünya xəbərləri

İsveçrə İrana sanksiyaları qaldırır

İyulun 14-də İranla yekun saziş imzalananda iranlılar belə bayram edirdilər

-

İsveçrə İrana sanksiyaların bəzilərini qaldırır və bunu Tehranla dünya güclərinin imzaladığı nüvə sazişinə dəstək adlandırır.

Neytral ölkənin Federal Şurası avqustun 12-də qərar verib ki, İranın dövlət müəssisələri ilə qiymətli metal sövdələşmələrinə qadağa qaldırılsın. Eləcə də İran neft-kimya məhsullarının ticarəti, xam neftin nəqliyyatına məhdudiyyətlərə son qoyulur.

Əslində bu sanksiyalar ötən ilin yanvarından dayandırılmışdı. İsveçrə İranla qarşılıqlı münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirib və deyib ki, nüvə sazişinin icrası alınmasa, sanksiyalar yenidən qüvvəyə minə bilər.

Digər Qərb dövlətləri Tehrana sanksiyaların qaldırılması üçün İranın həmin sazişi yerinə yetirməsinin təsdiqini gözləyirlər.

Bütün xəbərləri izləyin

Rusiyanın Belqorod şəhərində silsilə partlayışların olduğu bildirilir

Rusiya yanğın, arxiv foto

İyulun 3-nə keçən gecə Rusiyanın Ukrayna sərhəddinə yaxın Belqorod şəhərində baş verən silsilə partlayışlar nəticəsində 3 nəfərin öldüyü, daha 4 nəfər yaralandığı xəbər verilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, “gecə şəhərdə bir sıra yüksək səslər eşidilib”. "Hadisənin səbəbləri araşdırılır, ehtimal ki, hava hücumundan müdafiə sistemi işləyib", - o, teleqram kanalında yazıb.

İlkin məlumata görə, partlayış nəticəsində ən azı 11 yaşayış binasına 40-a yaxın fərdi ev zədələnib, onlardan beşi tamamilə dağılıb.

Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Rusiya Ukrayna ilə həmsərhəd ərazilərində terror təhlükəsinin “sarı” səviyyəsi tətbiq edib.

Rusiya tərəfi bu və digər ərazilərinin Ukrayna tərəfdən atəşə tutulduğunu iddia edir. Ukrayna tərəfi isə bu məlumatları şərh etmir.

Lukaşenka Ukraynadan Belarusa raket atıldığını iddia edir

A. Lukaşenka Minsk, 19 oktyabr 2021

Lukaşenka iddia edir ki, Minsk Ukraynada müharibəyə sürüklənir və bununla " Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər"

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka hər hansı sübut təqdim etmədən Ukraynadan Belarusa raket atıldığını iddia edib.

O, hadisənin bir neçə gün əvvəl olduğunu və Ukrayna ərazisindən Belarusun hərbi obyektlərinə zərbə endirmək cəhdləri olduğunu deyib. Belarusun dövlət xəbər agentliyi BELTA iyulun 2-də Lukaşenkadan sitat verib :

“Bizi təxribata çəkirlər. Məlumat verməliyəm: üç gün əvvəl, bir az da əvvəl, onlar Ukrayna ərazisindən Belarus ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə cəhd ediblər. Lakin "Pantsir" kompleksləri Ukrayna silahlı qüvvələrinin atdığı bütün raketləri tuta bilib", - Lukaşenka deyib.

“Kommersant” ın yazdığına görə, o, bu iddiaları Belarusun Müstəqillik Günü ilə bağlı tədbirdəki etdiyi çıxışı zamanı səsləndirib.

Lukaşenka iddia edir ki, Minsk Ukraynada müharibəyə sürüklənir və bununla " Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər".

Onun sözlərinə görə, Belarus Ukraynada döyüşmək niyyətində deyil, ancaq hücum olacağı halda döyüşəcək. Lukaşenka qeyd edib ki, o, hərbçilərə “Minsk əleyhdarlarının” qərar qəbuletmə mərkəzlərini “hədəfdə saxlamağı” əmr edib.

O, həmçinin vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiya və Belarusa qarşı “yeni təxribatlarda maraqlıdır”.

Hələ ki, Ukrayna tərəfdən Lukaşenkanın bu iddialarına şərh verilməyib.

Belarus Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmasa da işğalçı Rusiyaya maddi-texniki dəstək verir. Həmçinin Rusiya qoşunlarının bir hissəsi Ukraynaya Belarus sərhədindən keçməklə daxil olub.

Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar qərb ölkələri Belarusa qarşı bir neçə ciddi maliyyə sanksiyaları paketi tətbiq edib.

ABŞ, Aİ ölkələri və bir sıra digər ölkələr 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkanı legitim seçilmiş dövlət başçısı kimi tanımır.

Səsvermənin rəsmi nəticələrinə qarşı başlayan kütləvi etirazların yatırılması ilə əlaqədar ona və ətrafına qarşı sanksiyalar tətbiq edilib. Lukaşenka rejimi insan haqlarını kobud şəkildə pozmaqda və müxalifəti təqib etməkdə ittiham olunur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Qaraqalpaq bölgəsində bir aylıq fövqəladə vəziyyət elan edilib

Özbəkistanın Qaraqalpaq bölgəsində etiraz aksiyası, 1 iyul 2022

Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə səfər edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə Konstitusiyasında muxtariyyətin suverenliyi ilə bağlı bəndin saxlanmasını təklif edib.

Bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Onun teleqram kanalında yazdığına görə, dövlət başçısı digər məsələlərlə yanaşı, həm də Qaraqalpaqıstan sakinlərinin fikirlərinin təhlilini də əsas sayır, həm də Konstitusiyaya dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alır.

Prezident Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi tətbiq edib.

***

Özbəkistanın Qaraqalpaq bölgəsində (Qaraqalpaqıstan Muxtar Respublikası) hakimiyyət nümayəndələri iyulun 1-də baş verənləri “dövlət orqanlarını ələ keçirməyə cəhd” elan ediblər.

Qaraqalpaqıstanın ali nümayəndəli orqanı olan hökumətin və Daxili İşlər Nazirliyinin iyulun 2-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, “iğtişaşların təşkilatçıları” Nukusda (Qaraqalpaqıstan Muxtar Respublikası paytaxtı) vətandaşları inzibati binalar kompleksinin qarşısındakı meydana toplayıblar. Qeyd olunur ki, bununla dövlət qurumlarını nəzarətinə götürməyə və cəmiyyətdə parçalanma yaratmağa, Özbəkistanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər”.

Bəyanatda vurğulanır ki, təhlükəsizlik qüvvələri həmin şəxslərin hərəkətinə müdaxiə edib və onlar saxlanılıb. Amma məlumatda hadisələrin səbəbləri, aksiya iştirakçıları və saxlanılanların sayı göstərilmir.

Muxtar Respublika hakimiyyətinin iyulun 2-də yaydığı bəyanatda “xaricdən gələn müəyyən qeyri-sağlam xarici qüvvələrin respublikadakı vəziyyətin inkişafına təsir etmək cəhdləri”ndən, o cümlədən “məqsədli məlumat yaymalarından” bəhs edilir. Amma həmin qüvvələrin hara bağlı olduğu, kim olduğu açıqlanmır.

AzadlıqRadiosunun Özbək xidməti Qaraqalpaq bölgəsində fəaliyyət göstərən alternativ məlumat mənbələrinə çatımlığım məhdudlaşdırıldığını və həmçinin internetə girişdən problemlərin olduğunu yazır.

Hadisələrdən sonra yayılan ilkin məlumatlarda etirazların Konstitusiyaya dəyişikliklər layihəsinin dərcindən sonra başladığı bildirilib.

Bildirilir ki, iyunun 26-da ictimai müzakirəyə çıxarılan Konstitusiya layihəsində indiyə qədər yer almış Qaraqalpaqıstanın suverenliyini və respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ ilə bağlı bənd çıxarılıb.

Özbəkistanın Qaraqalpaq bölgəsi, (Xəritədə qırmızı rəngdə)
Özbəkistanın Qaraqalpaq bölgəsi, (Xəritədə qırmızı rəngdə)

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib. 1936-cı ildə Qara-qalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib. 1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir və indi isə ləğv edilməsi təklif olunur.

Avropa Komissiyası Rusiyaya Kalininqrada mal aparmağa icazə verir

Arxiv foto

Avropa Komissiyası (AK) Rusiyaya Kalininqrada sanksiya tətbiq edilən malların idxalına icazə verməyi planlaşdırır. Bu barədə "Şpigel" (Der Spiegel") Avropa Komissiyasındakı mənbələrə istinadən xəbər verir.

Qəbul edilən qərara görə, tranzitə icazə verilən malların dəqiq həcmi Litva gömrük sənədləri ilə müəyyən ediləcək. Xüsusi hallarda, tranzit yükün həcmi normadan çox ola bilər, ancaq bu halda Rusiya hər bir istisnanı sübut etməli olacaq.

Avropa Komissiyasının qəbul etdiyi qərar əsasən Almaniya hökumətinin mövqeyini əks etdirir.

Almaniya kansleri Olaf Şolz dəfələrlə vurğulayıb ki, o, NATO-nun Rusiya və Ukrayna arasında müharibənin tərəfinə çevrilməməsi üçün əlindən gələni edəcək. Alman əsgərləri Litvada yerləşdirilib və mümkün münaqişədə iştirak edə bilərlər.

Danışıqlarla tanış olan Litva nümayəndəsinin sözlərinə görə, Almaniya iyunun 18-dən etibarən Avropa Komissiyasına təzyiq göstərir ki, Kalininqrada tranzit üçün sanksiyalar tətbiq olunmasın. Yaxın günlərdə Avropa Komissiyasının qərarının dərc olunacağı gözlənilir.

Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır. İyunun 17-də Aİ sanksiyalarının daxil olmasından sonra Litva Rusiyanın tikinti materialları və metalının tranzitinə qadağa qoyub. Sərnişin daşınması əvvəlki qaydalara uyğun davam edir.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, tranzit Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra və onun rəhbərliyi altında dayandırılıb. İyunun 20-də Rusiya Xarici İşlər Nazirliyi Litvadan Kalininqrad vilayətinə yüklərin tranzitinə qoyulan qadağanı dərhal aradan qaldırmağı tələb edib. İyunun 21-də Aİ-nin Rusiyadakı səfiri izah edib ki, Kalininqradın blokadasından söhbət gedə bilməz və Aİ sanksiyalarına düşməyən malların tranziti “normal işləyir”.

Avropa İttifaqının 4-cü sanksiyalar paketinə uyğun olaraq iyunun 17-dən Rusiyanın İttifaq ərazisinə polad və dəmir məmulatları idxalına məhdudiyyətlər qoyulub. Bundan başqa iyulun 10-dan sement və spirtin, avqustun 10-dan kömür və digər bərk yanacaq növlərinin, dekabrdan 5-dən neft idxalı qadağan edilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Pentaqon: Ukrayna Donbassda HIMARS sistemlərindən uğurla istifadə edir

HIMARS-(High Mobility Artillery Rocket System), Rumuniya,10Apr2021

Ukrayna ordusu ABŞ-ın HIMARS raket sistemlərindən istifadə etməklə döyüş meydanında "əhəmiyyətli uğur" əldə edib.

Bildirilir ki, bunu ABŞ Müdafiə Nazirliyinin-Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi iyulun 1-də jurnalistlərə açıqlamasında deyib.

“Bu, yüksək dəqiqliyə malik, uzaq mənzilli sistem olduğu üçün ukraynalılar diqqətlə seçilmiş hədəflərə sistemli şəkildə dəqiq zərbələr endirməyə qadirdir və bu Rusiya qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldır”, - ABŞ müdafiə rəsmisi bildirib.

"Wall Street Journal" son iki həftə ərzində ABŞ-ın Ukraynaya bağışladığı dörd HIMARS qurğusundan ilk istifadə edən bölmənin eksklüziv hesabatını dərc edib.

Donbassda qüvvələr balansını dəyişməyə başladıqlarını deyən Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiya ordusunun İzyumdakı qərargahı da daxil olmaqla, on mühüm hərbi obyektini məhv ediblər.

HİMARS-ı atəşə hazırlamaq 2-3 dəqiqə çəkir, raketlər buraxıldıqdan 20 saniyə sonra sistem potensial cavab zərbəsindən yayınaraq yerindən çıxarılır.

O da bildirlir ki, hər biri 155 min dollar olan raketlərlə zərbə endirməzdən əvvəl Ukrayna hərbçiləri vurulacaq hədəflərin koordinatlarını dəqiq müəyyən edirlər.

O da vurğulanır ki, hazırda Ukrayna ordusu daha çox Rusiya ordusunun qərargahlarına, silah anbarlarına və kazarmalarına raket zərbələri endirməyə üstünlük verir.

Məlumata görə, Ukrayna daha dörd HIMARS qurğusunu iyulda almalıdır. Almaniya və Böyük Britaniya Ukraynaya üç belə kompleks verməyə hazır olduqlarını bəyan ediblər.

“The New York Times” qəzeti ABŞ hərbi analitiklərinə istinadla yazır ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya altmışdan yüzə qədər təkmil reaktiv yaylım atəşi sistemi lazımdır.

Rusiya bu tip silahların Ukraynaya təhvil verilməsini kəskin tənqid edərək, Rusiya ərazisinə zərbə endirmək üçün reaktiv yaylım atəşindən istifadə ediləcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Ankara və Yerevan sərhəd barədə ilkin razılaşma əldə ediblər

Vyana danışıqları

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması danışıqlarını aparan Serdar Kılıç və Ruben Rubinyan Vyanada dördüncü görüşlərini keçiriblər

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması danışıqlarını aparan Serdar Kılıç və Ruben Rubinyan Vyanada dördüncü görüşlərini keçiriblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə ediblər.

Razılaşmaya görə tərəflər bu istiqamətdə zəruri proseslərə başlamalıdırlar.

Ermənistan XİN-in məlumatında deyilir ki, tərəflər habelə ən qısa müddətdə iki ölkə arasında birbaşa hava yükdaşımalarının başlanması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Bundan başqa xüsusi nümayəndələr Ankara və Yerevan arasında münasibətlərin tam normallaşdırılması üçün atılacaq konkret addımları müzakirə ediblər.

Serdar Kılıç və Ruben Rubinyan tənzimləmə prosesinin heç bir ilkin şərt qoyulmadan davam etdiriləməsinə sadiq olduqlarını vurğulayıblar.

Türkiyə tərəfi də görüş barədə buna bənzər məlumat yayıb.

İki xüsusi nümayəndənin bundan əvvəlki iki görüşü Vyanada olub. Danışıqlara yanvar ayında Moskvada keçirilən birinci görüşlə başlanmışdı.

İddia: Rusiyadakı 'Samsunq' zavodu Ermənistan... vasitəsilə işləyəcək

Samsung

Rusiya zavodlarında elektronika istehsalını davam etdirən xarici istehlakçılar onu Avrasiya İqtisadi Birliyi ölkələrinə (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) göndərməyi, sonra isə paralel idxal yoluyla Rusiyada satmağı düşünürlər. Nəticədə istehsalçı rəsmən Rusiya bazarına tədarükdən imtina olunduğunu bəyan edə və beləliklə, təkrar sanksiyalar riskindən qismən yayına bilər.

Bu haqda "Kommersant"a hökumətə yaxın mənbə bildirib.

Qəzetin məlumatına görə, Cənubi Koreyanın Kaluqa vilayətindəki zavodda televizorlar və digər texnika buraxan "Samsunq" şirkəti artıq bu cür işləməyə başlayıb.

"Candy-Hoover Group"un Rusiya nümayəndəliyinin başçısı Qleb Mişin "Samsung"un Rusiya zavodunun çalışdığını təsdiqləyib. O əlavə edib ki, "amma hansı komponentlərlə məlum deyil, Cənubi Koreya şirkəti hazırda rəsmən ehtiyat hissələri gətirmir".

Onun sözlərinə görə, Rusiyadakı televizor ehtiyatlarını "Samsung" Müstəqil Dövlətlər Birliyi ölkələrinə satır, amma texnikanın paralel idxal yoluyla qaytarılıb-qaytarılmadığını bilmir.

Qəzetin mənbəsinin deməsinə görə, xarici biznes üçün belə sxem yerli müəssisələri satmaqdan daha yaxşıdır. Bununla belə, şirkətlərin Rusiyada zavodlarını satma halları artmaqdadır.

İddialara, hələlik, "Samsunq" şirkəti münasibət bildirməyib.

Ekspertlər isə deyirlər ki, sxem problemin yalnız bir qismini həll edəcək, çünki Rusiyaya gətirmək üçün komplekt hissələrinin oxşarını tapmaq lazım gələcək.

"Xarici komplekt hissələrinin Rusiyaya tədarükü məsələsi paralel idxalın qanuniləşdirilməsinə baxmayaraq, açıq qalır. Ona görə də fəaliyyətlərini sürdürən şirkətlər gec-tez qərar verməli olacaqlar-Rusiyada istehsal qalır-qalmır, qalırsa, hansı formada", - deyə "Kommersant"ın müsahibləri bildirirlər.

2002-ci ilin iyununda Rusiya hakimiyyəti paralel idxalı leqallaşdırıb. Rusiya Ukraynada müharibə başlanandan sonra (2022-ci fevralın 24-ü) sanksiyalarla əlaqədar ölkə ərazisində satışı qadağan olunan malları üçüncü ölkələr vasitəsilə gətirə bilər. Mövcud Rusiya qanunvericiliyi bu ölkə şirkətlərinə istehsalçının razılığı olmadan mal gətirmək və satmaq icazəsi verir.

Ukrayna Rusiya ilə viza rejiminə keçib

Rusiya pasportu

Ukrayna hakimiyyəti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib.

Ukraynaya viza almaq üçün Rusiya sakinləri səkkiz şəhərdə "VFS Global" viza mərkəzlərindən birinə müraciət edə bilərlər. Müraciətlərə üçüncü ölkələrdəki Ukrayna diplomatları baxacaqlar. Məsələ burasındadır ki, fevralın 24-də Rusiyanın bu ölkəyə hərbi təcavüzü başlayandan sonra Ukrayna onunla diplomatik əlaqələri kəsib, ukraynalı diplomatların hamısı ölkəni tərk edib.

Amma hətta vizanın olması Rusiya vətəndaşının Ukraynaya buraxılmasına 100 faiz zəmanət vermir. Son qərarı nəzarət-buraxılış məntəqələrində sərhədçilər verəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski iyunun ortalarında rusiyalılar üçün viza qaydalarını bəyan edərkən deyirdi ki, hakimiyyət bu addımı milli təhlükəsizliyə görünməmiş təhdidlərə müqavimət çərçivəsində atıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, ölkənin milli maraqlarından çıxış edərək və humanitar tərəfi nəzərə alınmaqla mümkün cavab tədbirləri görülə bilər.

Rusiya ilə Ukrayna arasında vizasız rejim Krımın ilhaqı və Donbasda hərbi münaqişənin (2014) başlanmasından sonra da qüvvədə idi. Rusiyalılar yarım ildə bir dəfə 90 günədək Ukraynada qala bilərdilər. Onlar ölkəyə yalnız xarici pasportla və sərhəddə ciddi yoxlamadan sonra girə bilərdilər. 2014-cü ildən sonra Ukraynaya gələn Rusiya vətəndaşlarının sayı kəskin azalıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2021-ci ildə Ukrayna sərhədini yarım milyon rusiyalı keçib, 7 mininə müxtəlif səbəblərə görə imtina cavabı verilib. Müharibə vaxtı gələn rusiyalıların sayı bilinmir. Hazırda Rusiya və Belarusla bütün sərhəd məntəqələri bağlıdır. Rusiyalılar Ukraynaya ancaq digər ölkələrdən – Polşa, Slovakiya, Rumıniya, Macarıstan və Moldovadan gələ bilirlər.

Rusiya qoşunları İlan adasından çıxarılır

İlan adası

Rusiya ordusu qarnizonunun qüvvələrini işğal olunmuş İlan adasından çıxarıb və ehtimal edilir ki, adanı tam tərk ediblər.

Bu məlumatı Ukraynanın "Cənub" operativ komandanlığının Facebook səhifəsində yayıblar.

Məlumatda bildirilir ki, Ukrayna tərəfindən atəşdən sonra rusiyalılar iki sürətli katerlərlə tələsik qarnizonun qüvvələrini evakuasiya ediblər.

Ukrayna komandanlığının habelə məlumatına görə, hazırda adada yanğındır, partlayış səsləri eşidilir.

Az sonra Rusiya Müdafiə Nazirliyi (MN) hərbçilərinin adanı tərk etdiklərini təsdiqləyib. Nazirlikdən bildirilib ki, İlan adasında tapşırıqların icrasını bitiriblər və xoşməramlı addım kimi oradakı qarnizonu çıxarıblar.

"Bununla da dünya ictimaiyyətinə göstərildi ki, Rusiya Federasiyası Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının daşınması üzrə humanitar dəhlizin təşkili üçün Birləşmiş Millətlər Təşkilatının səylərinə maneçilik törətmir", - açıqlamada bildirilir.

İlan adası fevralın 24-dən-müharibənin ilk günündən Rusiya qoşunlarının nəzarətində idi. May ayında Rusiya MN adaya enməyə çalışan Ukrayna desantının qarşısını aldığını bildirmişdi.

Ukrayna da, öz növbəsində, ada yaxınlığında bir neçə Rusiya gəmisinin vurulduğunu açıqlamışdı.

Qara dənizinin şimal-qərbindəki İlan adası Odessa vilayətinin sahilinə və Odessa limanına girişə nəzarət uğrunda mübarizədə mühüm önəmə malikdir.

Rusiya bu il fevralın 24-də Ukraynaya hücum edib.

Avropa benzin və dizel avtomobillərindən imtina edəcək

Dizel avtomobillər

Avropa İttifaqı (Aİ) ölkələri bugünlərdə Lüksemburq görüşündə iqlimin müdafiəsi ilə bağlı yeni tədbirlər planı qəbul ediblər.

Plana görə, 2030-ci ildən başlayaraq Avropada daxili yanma mühərrikli yeni avtomobillər satılmayacaq. Həmçinin, istixana qazı tullantılarına münasibətdə siyasətin sərtləşdirilməsi ilə enerji qiymətlərinin artması ilə əlaqədar əhalinin aztəminatlı hissəsi və kiçik biznesə kömək üçün ayrıca fond yaradılacaq.

Aİ-nin 27 ölkəsinin ekologiya və ətraf mühit nazirlərinin qatıldığı görüşdə qurumun karbon bazarının islahatına yönəlmiş direktiv layihələr təqdim olunub. 2035-ci ildən sonra avtomobil daxili yanma mühərriklərinin qadağan olunması, iqlim yardım fondunun yaradılması ilə yanaşı, karbon-oksid tullantılarına məhdudiyyətlər aviasiya və gəmiçilik sahələrində də tətbiq ediləcək.

Nazirlər razılaşıblar ki, Aİ kollektiv surətdə atmosferdən 310 milyon ton ekvivalentində CO2 çıxarmalıdır, o cümlədən meşələrin artırılması vasitəsilə.

Habelə, "Tullantı vergisi" həm nəqliyyat, həm də isitmə üçün yanacağın qiymətinə daxil ediləcək. Kasıb əhali və kiçik müəssisələrə qiymət artımını kompensasiya etmək üçün 59 milyard avro büdcəsi olan Sosial İqlim Fondu təsis olunur. Görüş iştirakçıları ekoloji monitorinq və müəssisələrin ekoloji məsuliyyəti tədbirləri, həmçinin sənaye üçün istixana qazı tullantıları üzrə kvotaları razılaşdırıblar.

2030-cu ilədək Aİ atmosferə karbon qazı buraxılmasını 55 faiz azaltmağı, 2050-ci ilədək isə Avropanı tam karbon-neytral zonaya çevirməyi planlaşdırır.

Aİ-nin iqlim siyasəti üzrə vitse-prezidenti Frans Timmermans deyib ki, iqlim böhranı və onun nəticələri aşkardır, odur ki Avropanın ekologiya məsələlərinə yanaşmasında dəyişiklikdə ləngimək olmaz.

Lüksemburq görüşündə təklif olunan tədbirləri iyulun 14-də Avropa Parlamenti təsdiqləməlidir.

ABŞ Rusiyaya kömək edən Özbəkistan şirkətinə sanksiya qoydu

Məlumatda deyilir ki, Özbəkistanın Promcomplektlogistic şirkəti Radioavtaomatika şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yaylınmaqda fəal dəstək verib

Birləşmiş Ştatlar Özbəkistandakı Promcomplektlogistic şirkətini sanksiya siyahısına daxil edib.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında verilib.

Xəbər verilir ki, Rusiya Ukraynaya təcavüzə başlayandan sonra, martın 22-də ABŞ Rusiyanın müdafiə sənayesi üçün malların alınması ilə məşğul olan Radioavtomatika şirkətini sanksiyalar siyahısına salıb.

Məlumatda deyilir ki, Özbəkistanın Promcomplektlogistic şirkəti Radioavtaomatika şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yaylınmaqda fəal dəstək verib:

"Promcomplektlogistic özəl şirkətinin sanksiyalar siyahısına salınması bütün dünya boyunca kommersiya qurumlarına xəbərdarlıq olmalıdır: əgər siz sanksiyalar altında olan hüquqi və fiziki şəxslərlə biznes edirsinizsə özünüzü də sanksiyalarla üzləşmək riskinə atırsınız”.

ABŞ Dövlət Departamentinin qərarı ilə Promcomplektlogistic şirkətinin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika şirkətlərinə bu firma ilə hər hansı biznes əlaqələri qadağan edilib.

2018-ci ildə təsis edilmiş Promcomplektlogistic yerüstü nəqliyyata xidmət sahəsində ixtisaslaşıb.

AzadlıqRadiosunun Özbək xidməti bildirir ki, bu şirkət Rusiya şirkətlərinə mikrosxemlər satmaqla məşğul olub.

Daşkənddə qeydiyyatdan keçirilmiş şirkətin yeganə sahibi Oleq Qrabilindir.

Onun Rusiyada da bir neçə şirkətləri var.

Britaniya baş naziri Putini 'toksik maskulizmin nümunəsi' adlandırıb

Vladimir Putin Sibirdə istirahətdə. 2009

Böyük Britaniyanın Baş naziri Boris Conson deyib ki, Rusiya Prezidenti Vladimir Putin qadın olsaydı, Ukraynada "ağılsız, maço" müharibəni başlamazdı.

"Sizə toksik maskulizmin ideal nümunəsi lazımdırsa – bu, onun Ukraynada etdiyidir", - Conson Bavariya Alplarında "Böyük yeddilik" (G7) samitinin bitməsindən sonra Almaniya kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib. (Maskulizm feminizmin əksidir). Conson həmçinin, qadınları daha çox rəhbər vəzifələr tutmağa çağırıb.

G7 sammitində birinci görüş zamanı Conson zarafatyana soruşub ki, "bəlkə, məşhur fotodakı "Putindən daha vuran-yıxan oğlan" olduğumuzu göstərmək üçün pencəklərimizi çıxaraq?".

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Boris Conson bundan öncə də feminist ritorikasında çıxış etmişdi. Bununla belə, onu dəfələrlə seksist zarafatlara görə də tənqid ediblər. 2018-ci ildə Beynəlxalq Qadınlar Günü Boris Conson qaçış üçün "Qadının yeri parlamentdir" yazılı futbolka geyinmişdi

İşğal olunan Xersonda referenduma hazırlıq görülür

Xerson şəhəri

Ukraynanın işğal edilən Xerson vilayətinin Rusiya qoşunlarının köməyi ilə təyin olunan hakimiyyəti bu regionun təcavüzkar ölkəyə birləşdirilməsi haqqında referendumun keçirilməsinə hazırlığın başlandığını bildirib.

"Biz referenduma hazırlaşırıq və onu keçirəcəyik. Xerson vilayəti qərarını verəcək və Rusiya Federasiyasına birləşəcək, tamhüquqlu subyekti olacaq", - rusiyayönümlü müvəqqəti administrasiyanın başçısının müavini Kirill Stremousov belə deyib.

Telelgram-da o yazır ki, regionun sakinləri "ənənəvi ailə dəyərlərinə, bizim ümumi tariximizə qayıtmaq istəyirlər. Avropa pozğunluğuna və Sevginin ilahi gücünün inkarına yox".

Səsvermənin dəqiq keçirilmə tarixi, hələlik, açıqlanmır. Bundan əvvəl Stremousov onun payızda baş tuta biləcəyini söyləmişdi.

Fevralın 21-də Moskva qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanıyıb. Fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi başlayıb. Rusiya ordusu və separatçıların bölmələri Ukraynanın şərq və cənubunda bir sıra ərazilərini tutub.

Donbasın bir hissəsi və Krım 2014-cü ilin yazından Ukrayna hakimiyyətinin nəzarətində deyil. Krım nəticələrini beynəlxalq ictimaiyyətin tanınmadığı referendum nəticəsində Rusiyanın hissəsi elan olunub. Moskva ilhaqı "tarixi ədalətin bərpası" adlandırıb.

ABŞ prezidentinin ailəsinə Rusiyaya giriş qadağan olunub

Cill Bayden

Rusiya Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı özünün sanksiyalar siyahısına daha 25 adamı daxil edib.

Siyahıda ABŞ prezidenti Co Baydenin ailə üzvləri də yer alır.

"Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı ABŞ-ın daim genişlənən sanksiyalarına cavab olaraq, senatorların rusofob kursunun formalaşmasına cavabdeh şəxslər,... həmçinin, prezident Co Baydenin ailə üzvləri də yer almaqla 25 Amerika vətəndaşı "stop-list"ə daxil edilir", - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

"Qara siyahı"ya o cümlədən ABŞ prezidentinin xanımı ilə qızı – Cill Eşli Bayden salınıb.

Siyahıda Konqres üzvləri, senatorlar, keçmiş hökumət rəsmiləri, universitet müəllimləri, təhqiqatçılar, 30 il öncə "Tarixin sonu" adlı məqalə ilə tanınan filosof və politoloq Frensis Fukuyama da var.

Moskvanın barələrində sanksiyalar tətbiq etdiyi ABŞ vətəndaşlarının ümumi sayı 1048 nəfərə çatıb.

Ukraynaya təcavüzdən (bu il fevralın 24-də) sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) üzvləri daxil, Qərb ölkələri Rusiyaya qarşı altı sanksiya paketi tətbiq edib. Rusiyanın fiziki şəxslərinə qarşı sanksiya siyahılarına Kremlə bağlı oliqarxlar, şəxsən prezident Vladimir Putin, onun qızları, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onu ailə üzvləri də salınıb.

Litva Rusiyanın kiberhücumuna məruz qalıb

Haker

İyunun 27-də Litvanın dövlət və özəl strukturları kiberhücumdan əziyyət çəkib.

Bu barədə Litvanın Milli kibertəhlükəsizlik mərkəzi məlumat verir.

Dövlət vergi müfəttişliyinin, Miqrasiya departamentinin, habelə nəqliyyat şirkətləri və bir sıra kütləvi informasiya vasitələrinin (KİV) saytları çalışmayıb.

Milli kibertəhlükəsizlik mərkəzinin direktoru Yonas Skardinskasın sözlərinə görə, hücumlar Rusiyadan həyata keçirilib. Kremyönümlü "Killnet" qruplaşması da artıq məsuliyyəti üzərinə götürüb. Özlərinin Telegram-kanalında onlar video yayaraq Litvadan "Kalininqradın blokadası"nı götürməyi tələb ediblər, hakerlərin vurğulamasına görə, əks alda hücumlar davam edəcək.

Yonas Skardinskas ehtimal edir ki, yaxın günlərdə ölkənin nəqliyyat, energetika və maliyyə sektorunun saytlarına hücumlar gerçəkləşə bilər.

Hakerlər öz bəyanatlarında Litvanın sanksiyaya düşmüş yükləri daşıyan qatarları öz ərazisindən Kalininqrad vilayətinə buraxmamasını "Kalininqradın blokası" adlandırırlar. Buraya daş kömür, metal, sement, odun və yüksəktexnoloji məhsulların daşınması daxildir.

Litvanın LTG dəmiryol konserninin nümayəndəsi Mantas Dubauskas deyib ki, təmsil olunduğu şirkət Avropa İttifaqının Rusiya və Belarusa qarşı sanksiyalarını icra edir, qadağalar iyunun ortalarına tam qüvvəyə minməli idi.

Rəsmi Moskva Litvanın qərarına sərt şəkildə qarşı çıxaraq bildirib ki, söhbət ixracdan yox, Rusiyanın bir ərazisindən digərinə yüklərin tranzitindən gedir. O, sərt tədbirlər görəcəklərinə söz verib.

Rusiya 100 ildə ilk dəfə...

Maliyyə naziri Anton Siluanov və prezident Vladimir Putin

İyunun 27-nə keçən gecə Rusiya xarici valyutada olan suveren borcuna görə defolta yol verib. Bu barədə "Bloomberg" xəbər verib. Agentliyin yazdığına görə, bu, Rusiya ilə bağlı 1918-ci ildən bəri birinci dəfə baş verib. Amma Moskva defolt iddialarını rədd edir.

İyunun 26-da dövlət səhmləri üzrə 100 milyon dollar vaxtı keçmiş ödəmələrə görə güzəşt müddəti başa çatıb. Güzəşt müddətin bitməsi defolt deməkdir, - agentlik bildirir.

"Bloomberg" hesab edir ki, "bu, ölkənin sürətlə iqtisadi, maliyyə və siyasi izqoya çevrilməsinin kədərli əlamətidir". Agentlik izah edir ki, Mərkəzi Bakın valyuta ehtiyatları dondurulub, iri banklar isə dünya maliyyə sistemindən təcrid olunub. Amma vurğulanır ki, defolt, əsasən, rəmzi xarakter daşıyır və rusiyalılar üçün az şey deməkdir.

Rusiya deyir ki, rublu var

Rusiyanın Maliyyə naziri Anton Siluanov isə indiki halda defolt termininin işlədilməsini "fars" adlandırıb.

Rusiya deyir ki, istənilən hesabı örtmək üçün onda vəsaitlər var. Ötən həftə Moskva bildirib ki, ödənilməmiş dövlət borcunu rublla qaytaracaq, çünki xarici valyuta ilə bağlı hazırkı durumu Qərb süni şəkildə yaradıb.

Bundan öncə ABŞ Maliyyə Nazirliyi Rusiyaya suveren borcunu xarici valyutalarla qaytarmağa imkan verən lisenziyanı mayın 25-dən sonra uzatmaqdan imtina edib. Buna cavab olaraq Rusiya Maliyyə Nazirliyi xarici borcunu rublla ödəyəcəyini bəyan edib. Nazirlik avrobondlar üzrə ödəmələrlə bağlı Milli Hesab Depozitarisinə 12 milyard rubldan çox vəsait köçürdüyünü açıqlayıb. Qurumdan bildirildiyinə görə, bununla da öhdəliklər tam həcmdə icra olunub.

Martın 5-də Rusiya prezidenti valyuta ödəmələrinin rubla keçidinin mümkünlüyünə dair sərəncam imzalayıb. İyunun 2-də Vladimir Putin avrobondlar üzrə rubbla ödəmələrin mexanizmi haqqında daha bir sərəncam vermişdi.

Rusiya Federasiyasının xarici borcunun 40 milyard dollardan çox hissəsi Amerika və Avropa valyutaları ilə göstərilib.

İrandan raket-daşıyıcının sınaq atışı

"Zulcanah"

Nüvə razılaşması üzrə danışıqların bərpası fonunda İran "Zulcanah" raket-daşıyıcının ikinci sınaq atışını uğurla həyata keçirib.

Üçpilləli daşıyıcısı olan raketdə pillələrdən ikisi sırf bərk yanacaqla çalışır. Daha birisi isə maye raket kerosini hesabına işə düşür.

Sınaqlar zamanı toplanmış məlumatdan sonradan peykin orbitə çıxarılması üçün istifadəsi planlaşdırılır, - "Reuters" yazır.

Raketin sınağı barədə məlumat Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin 2015-ci il nüvə sazişinin bərpası məqsədilə Tehrana gəlişindən sonra yayılıb.

"The Financial Times"in xəbərinə görə, danışıqlar Brüsselin vasitəçiliyi ilə ABŞ və İran arasında münasibətlərin nizamlanması ilə başlayacaq.

Nüvə sazişi 2015-ci ildə imzalanıb. Onda İran ABŞ sanksiyalarının götürülməsi əvəzində nüvə proqramını dayandırmağı öhdəsinə götürmüşdü. 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən çıxıb və İrana qarşı birtərəfli sanksiyaları bərpa edib. Rəsmi Tehran isə bunun cavabında öz öhdəliklərindən tədricən çəkiləcəyini bəyan edib və yenidən nüvə işlərinə başladığını açıqlayıb.

ABŞ-ın hazırkı prezidenti Corc Bayden isə dəfələrlə sazişə qayıtmağa söz verib. Bunun üçün o, sanksiyaları ləğv etməlidir. Rəsmi açıqlamalara görə, Vaşinqton buna getməyə hazırdır, amma ABŞ əvvəlcə İranın tədqiqatlardan imtina etməsini istəyir. Öz növbəsində Tehran da öncə məhdudiyyətlərin götürülməsini tələb edir. Ötən ilin sonlarında ABŞ və İran nüvə sazişinə mümkün qayıdışla bağlı danışıqlara başlayıblar.

Böyük Yeddilikdən 4 ölkə Rusiyadan qızıl idxalına qadağa qoyur

Rusiya qızılı, 28 oktyabr 2009

Böyük yeddiliyin dörd ölkəsi (G7 kimi də tanınır) - Britaniya, ABŞ, Kanada və Yaponiya - Ukraynaya təcavüzünə görə, Rusiyadan qızıl idxalına qadağa qoyacaq.

Bu barədə bazar günü Almaniyada keçirilən G7 sammitinin açılışı günü Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Daha əvvəl Reuters agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, bütün G7 ölkələri Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər ki, bura yuxarıda qeyd olunanlardan əlavə, Fransa, Almaniya və İtaliya da daxildir. Amma onların qadağaya qoşulması barədə hələ məlumat verilməyib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqınin (Aİ) Rusiyadan qızıl idxalına qadağa qoyulması məsələsini araşdıracağını bildirərək, bu tədbirin Aİ iqtisadiyyatına zərər vurub-vurmayacağını qiymətləndirmək lazım olduğunu vurğulayıb.

Eyni zamanda, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bazar günü bildirib ki, sammitdən sonra G7 ölkələrinin Rusiya qızılına embarqoya dair ümumi qərarı gözlənilir.

Conson isə deyib ki, qadağa son vaxtlar aktivlərini qızıla çevirən rus oliqarxlarına və “Putinin hərb maşınına” zərbə vuracaq.

Qeyd olunur ki, ötən il qızıl ixracı Rusiya iqtisadiyyatına 15 milyard dollardan çox gəlir gətirib. Qadağa artıq Rusiyadan dünya bazarına çıxarılan qızıla təsir etməyəcək.

Bayden deyir Putin Qərb müttəfiqlərini parçalamağa nail olmadı

G7 sammiti bazar günü Bavariya Alplarında Elmau qəsrində keçirilir. Burada ABŞ prezidenti Co Bayden və Almaniya, Kanada, Fransa, Böyük Britaniya, İtaliya və Yaponiya liderləri, həmçinin Aİ rəhbərliyi iştirak edir.

ABŞ prezidenti görüşdən əvvəl xüsusilə Rusiya prezidenti Vladimir Putinin Qərb müttəfiqlərini parçalamaq istədiyini, lakin buna nail olmadığını bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.

Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiya yenidən Kiyevə raket zərbələri endirib, çoxmərtəbəli yaşayış binası dağılıb

Kiyev, 26 iyun 2022

Dağıntılar altından ana və uşağın sağ çıxarıldığı, atanınsa həlak olduğu bildirilir

Rusiya qoşunları bazar günü-iyunun 26-da səhər saatlarında Kiyevə raket zərbələri endirib. Hadisə yerindən yayılan görüntülərə görə, paytaxtın Şevçenko rayonunda doqquz mərtəbəli bina qismən dağılıb. Bir nəfərin həlak olduğu və bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Dağıntılar altından ana ilə 7 yaşlı qızının xilas edildiyi, atanınsa həlak olduğu bildirilir.

Kiyev şəhərinin meri Vitali Kliçko dağıntılar altında insanların ola biləcəyini deyib.

Ümumilikdə, Kiyevin Şevçenkovski rayonunda dörd partlayış baş verib. Bu ərazi demək olar ki, Ukrayna paytaxtının mərkəzində yerləşir. Zərbələrin məqsədinin nə olduğu hələ məlum deyil, rus qoşunları hələlik onlara münasibət bildirməyib.

Kiyevin əvvəlki atəşi 3 həftə əvvəl - iyunun 5-də baş verib. Daha sonra avtomobil təmiri zavoduna zərbə endirilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Conson, Moskva ilə 'pis sülh' razılaşmasına getmək üçün Kiyevə təzyiqlərdən qorxur

Boris Conson Ukraynada, Ukrayna prezidenti Volodymir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson (sağda), Kiyev, 17 iyun 2022

Consona görə, belə bir addım uzunmüddətli fəlakətə gətirib çıxara, həm də Putin tərəfindən yeni eskalasiya dalğasına səbəb ola bilər

Müharibə kontekstində Kiyevə aktiv şəkildə dəstək verən Böyük Britaniyanın baş naziri Boris Conson Moskva ilə “pis sülh” razılaşmasına getmək üçün Kiyevə təzyiqdən qorxduğunu bildirib.

Onun fikrincə, belə bir addım uzunmüddətli qlobal fəlakətə gətirib çıxara bilər.

“Həddindən artıq çox ölkə deyir ki, bu, lazımsız Avropa müharibəsidir... və buna görə də Ukraynanı bəlkə də pis sülhə məcbur etmək üçün təzyiqlər artacaq”.

Boris Consonun fikirincə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada istədiyinə nail olmasına icazə vermək beynəlxalq təhlükəsizlik üçün təhlükəli olacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirib çıxaracaq.

"Şübhə yoxdur ki, Ukraynada baş verənlərlə bağlı dünyada bir qədər yorğunluq əmələ gəlib, amma fikirləşirəm ki, onlar qalib gələcəklər. Bu, onların ölkəsidir. Onlar bunun üçün mübarizə aparırlar və lazımi dəstəyə ehtiyacı var", - Conson deyib.

Britaniyanın baş naziri vurğulayıb ki, indi ukraynalıları pis sülhü qəbul etməyə təşviq etməyin vaxtı deyil, bu onları öz ərazilərinin böyük bir hissəsindən imtina etməyə sövq etməkdir.

Conson təkrar olaraq bildirib ki, belə bir vəziyyət Putin tərəfindən istədiyi anda yeni bir eskalasiya dalğasına səbəb olacaq.

Boris Consonun bu dedikləri Ukrayna ordusunun ölkənin şərq bölgələrində Rusiyanın böyük hücumunun qarşısını almaqda davam etdiyi bir vaxta təsadüf edir.

Rusiyanın hərbi təcavüzü başlayandan bəri Boris Conson iki dəfə Ukraynaya səfər edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiya hazırda yanan meşələrin hamısını söndürməyə lüzum görmür

Sibirdə meşə yanğını, 30 iyul 2019

Hazırda Rusiyada 100 min hektardan çox meşə sahəsi yanır. Hakimiyyət onların üçdə birindən çoxunu söndürməmək qərarına gəlib. Rusiya Federal Meşə Təsərrüfatı Agentliyi FBU "Avialesooxrana" nın hesabatında belə deyilir.

Məlumatda bildirilir ki, yerli hakimiyyət orqanları iyulun 24-də Çukotkada 58 min hektardan çox ərazini əhatə edən yanğının 38%-ni söndürməkdən imtina ediblər. Hazırda Yakutiyada 30 min hektar meşə sahəsini əhatə edən yanğının 20 faizi söndürülməyəcək. Maqadan və Krasnoyarskda yanğın kiçik sahəni əhatə etsə də yanğının az bir hissəsinin söndürülməsinə qərar verilib. O da vurğulanır ki, Rusiyada yanan meşələrin cəmi 1- 9 faizi söndürülür.

Məlumtda qeyd edilir ki, Rusiyadakı meşə yanğınlarını söndürməkdən imtina edərkən, regional hakimiyyət orqanları Rusiya Təbii Sərvətlər Nazirliyinin 2015-ci il əmrini rəhbər tuturlar.

Həmin sənədə əsasən, əgər yaşayış məntəqələrinə təhlükə olmazsa və yanğının söndürülməsinə çəkilən xərc proqnozlaşdırılan zərərdən çox olarsa meşə yanğınlarını söndürməmək olar.

Statistik məlumatlarda bildirilir ki, 2021-ci ildə Rusiyada 10 milyon hektardan çox meşə yanıb ki, bu da müqayisədə Moskvadan 40 dəfə böyük ərazi deməkdir.

2019-cu ilin iyulunda yanğınlar barədə danışan Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss meşə yanğınlarını təbiət hadisəsi adlandıraraq onunla mübarizə aparmağın mənasız olduğunu deyib.

Həmin vaxt Krasnoyarsk diyarında 1,6 milyon hektardan çox meşə sahəsi yanıb. 2019-cu ilin avqustunda Sibirdə yanğınlar 3 milyon hektarı əhatə edəndə yüksək xərclərə görə mübarizəni səmərəsiz sayan rəsmi qurumlar meşə yanğınlarını söndürmək qərarına gəliblər.

Ukrayna qoşunlarının Severodonetskdən çıxdığı bildirilir

Ukrayna hərbçiləri Sievierodonetsk çəhərində, 20 iyun 2022

Son günlər ağır döyüşlərin getdiyi Luqansk vilayətinin Severodonetsk şəhərini Ukrayna hərbçiləri demək olar ki, tamamilə tərk ediblər. Bunu şənbə günü şəhərin meri Aleksandr Stryuk deyib.

Ukrayna hərbçilərinin daha güclü mövqelərə geri çəkilmək əmri alması faktını daha əvvəl Luqansk vilayətinin administrasiyasının rəhbəri Serqey Qaydai bildirib.

Amma Ukrayna Müdafiə Nazirliyi məlumatı nə təsdiq edib, nə də təkzib. Nazir müavini Anna Malyar iyunun 25-də etdiyi açıqlamasında Severodonetskdəki əməliyyatın gedişi barədə açıq məlumat verənləri tənqid edib, rəsmi məlumatın yalnız hərbçilərdən gələ biləcəyini vurğulayıb.

İşğalçı Rusiya ordusu da hələlik şəhərin ələ keçirildiyini açıqlamayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov şənbə günü yazıb ki, sənaye zonası və Severodonetsk aerodromu Rusiya qoşunlarının nəzarətinə keçib.

O, həmçinin Azot zavodunda olan mülki insanların da təxliyə olunduğunu bildirib. Bu məlumat hələ müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

Hazırda Ukraynanın nəzarəti altında olan Luqansk vilayətinin sonuncu şəhəri olan Lisiçanskın kənarında döyüşlərin getdiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi bu ərəfələrdə şəhərin cənubdan mühasirəyə alındığını bildirib.

Ukrayna tərəfi Rusiya qoşunlarının şəhərə doğru irəliləmə cəhdinin qarşısını aldığını iddia edir. Döyüşlər zamanı çoxsaylı yaşayış binalarının dağıdıldığı Severodonetsk və Lisiçanskda dinc sakinlər arasında itkilərin ilkin hesablamaları belə yoxdur.

NATO baş katibi: 'Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq'

NATO-nun baş katibi Jens Stoltenberq, Brussels, 15 iyun 2022

Stoltenbeq deyir ki, NATO sammitində qoşunların artırılması, sürətli cavab vermə və çoxlu texnikanın hazır vəziyyətə gətirilməsi ilə bağlı razılıq əldə edəcəklər

NATO-ya üzv ölkələrin Madriddə keçiriləcək iki günlük sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılıq əldə oluna bilər.

Bunu şənbə günü İspaniyanın “El Pais” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Madrid sammiti NATO üçün həlledici və tarixi hadisə olacaq, ilk növbədə ona görə ki, 30 müttəfiq Avropada İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən böyük təhlükəsizlik böhranının ortasında bir araya gəlir".

Stoltenberqin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək:

"İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz kollektiv müdafiəmizin ən böyük transformasiyası ilə bağlı razılığa gələcəyik. Soyuq Müharibə dövrününü bitməsindən sonra , qoşunların artırılması, sürətli cavab verməyə hazır olması və çoxlu texnikanın hazır olması. Və biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq”.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.

Makronla Putinin Ukrayna ilə bağlı telefon danışığı açıqlanıb

Makron (sağ) və Putin, St. Petersburq, 24 may 2018

Fransalı jurnalistlər Rusiyanın Ukraynaya təcavüzündən bir-neçə gün əvvəl-fevralın 20-də Fransa və Rusiya prezidentləri arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıblar .

“France 2” telekanalında nümayiş etdirilən “Prezident, Avropa və müharibə” sənədli filmi Emmanuel Makronla Vladimir Putin arasında olan doqquz dəqiqəlik telefon danışığına əsaslanır.

Film, Yelisey sarayındakı son altı ayın pərdəarxası diplomatik fəaliyyətdən – Makronun müharibənin qarşısını almaq cəhdlərindən və onun başlanmasına reaksiyasından bəhs edir.

Məlumatda bildirilir ki, filmdə yer alan fraqmentlər fevralın 20-də səhər saatlarında Donbassda vəziyyətin kəskin gərginləşməsi və rus qoşunlarının Ukrayna ilə sərhədə cəmləşməsi fonunda baş verib.

“İstəyərdim ki, əvvəlcə mənə vəziyyətlə bağlı anlayışınızı bildirəsiniz və bəlkə də birbaşa olaraq, təkbətək danışanda niyyətlərinizin nə olduğunu söyləyəsiniz”, - Makron söhbətə bu sözlərlə başlayır.

"Nə deyə bilərəm? Nə baş verdiyini özünüz görə bilərsiniz", - deyə Putin cavab verib və bundan sonra Ukrayna prezidenti Volodimir Zelenskini yalan danışmaqda, Makronun özünü isə Donbass nizamlanması üzrə Minsk razılaşmalarına yenidən baxmaq istəməkdə ittiham edib.

Qeyd olunur ki, Makron bu şərhlə razılaşmır və bu, qızğın fikir mübadiləsinə səbəb olur.

Filmdə qeyd olunur ki, Putinin separatçıların təkliflərinin “eşitilməməsi” ilə bağlı giley-güzarına Makron, separatçıların Minsk qrupunun üzvü olmamaları ilə əsaslandıraraq -“biz separatçıların təkliflərinə əhəmiyyət vermirik!” - deyib

"Fransa-2" televiziyasının filminə görə, sonda Putin Makronun ABŞ prezidenti Co Baydenlə görüşmək təklifi ilə razılaşıb, lakin israr edib ki, sammitin tarixi hələ təyin olunmamalıdır, çünki buna hazırlıq lazımdır.

Söhbət Putinin sözləri ilə bitir: "Sizdən gizlətmək istəmirəm ki, mən sadəcə xokkey oynamaq istəyirdim. Budur, mən sizinlə idman zalından danışıram".

Kremlin fevralın 20-də telefon danışığı ilə bağlı yaydığı xəbərdə Baydenlə mümkün görüşdən bəhs edilməyib. Ertəsi gün Rusiya Təhlükəsizlik Şurasının Donbassın separatçı respublikalarının tanınması məsələsinin müzakirə olunduğu iclasda Putin Fransa tərəfinin müəyyən təklifini qeyd etsə də, bunun konkret olmadığını qeyd edib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Qərbə danışıqlar üçün “son şans” verməyi təklif etsə də, Putinin “Siz danışıqlar prosesinə başlamağı təklif edirsiniz?” sualına tərəddüd edib. O, əvvəlcə “DNR” və “LNR”-nin Rusiyaya birləşdirilməsindən, Putinin növbəti sualından sonra isə müstəqilliklərindən danışıb.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra da Makron Putinə bir neçə dəfə zəng edib. O, bunun ona zövq vermədiyini , sülh tapmaq üçün təmasların zəruri olduğunu vurğulayıb.

Kreml hələ ki, fransız sənədli filmi ilə bağlı şərh verməyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiyanın Belarusdan Jitomir şəhəri ətrafına 24 raket atdığı bildirilir

Rusya müdafiə yazırliyinin "Calibr" reketlərinin sınağı ilə bağlı yaydığı kadr, arxiv foto

Rusiya Jitomir şəhərinin kənarına 24 raket atıb. "Bu səhər hamımız güclü partlayışlardan oyandıq. Belarus ərazisindən raketlər atılıb. Ümumilikdə Jitomir ətrafındakı hərbi hissə və obyektlərə 24 raket atılıb. İnsan təlafatı ilə bağlı əlavə şərh verə bilmərəm, - Jitomir meri Sergey Suxomlin bildirib.

Ordu Vilayət Administrasiyasının (OVA) rəhbəri Vitali Buneçko isə bir qədər sonra Jitomir vilayətinin atəşə tutulması nəticəsində bir əsgərin həlak olduğun, bir əsgər isə yaralandığını deyib.

Lvov OVA-nın rəhbəri Maksim Kozitski bildirib ki, Lvov vilayətindəki hərbi obyektə raket atılıb. vurub.

"Bu gün səhər saat dörddə Yavoriv vilayətindəki hərbi obyektə raket hücumu həyata keçirilib".

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsi iki raketi vurmağa nail olub. Kozitski qeyd edib ki, raketlər Qara dənizdən atılıb. Onun sözlərinə görə, raket hücumu nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, atəş nəticəsində yaranan yanğın lokallaşdırılıb.

Dnepropetrovsk vilayət polis idarəsinin rəisi Valentin Rezniçenko isə Rusiyanın bölgəni atəşə tutması nəticəsində 60 yaşlı qadının yaralandığını bildirib.

"...Və yenə də Krivoy Roq rayonu atəşə tutulub. Şirokovskaya və Zelenodolsk icmaları artilleriya zərbələrinə məruz qalıb", - Rezniçenko teleqram kanalında yazıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Davamı

XS
SM
MD
LG