Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:14

Misirdə isti havadan 61 nəfər ölüb


Bu günlər ərzində havanın temperaturu 47 dərəcəyə çatıb.

Misirin Səhiyyə Nazirliyinin məlumatına görə son üç gün ərzində ölkədə davam edən istilərə görə azı 61 nəfər dünyasını dəyişib.

Bu günlər ərzində havanın temperaturu 47 dərəcəyə çatıb.

Dövlət mediası xəbər verir ki, vəfat edənlərin əksəriyyəti yaşlı insanlardır, lakin ölənlərin arasında ruhi xəstəxana pasientləri və məhbuslar da var.

Hökuməti tənqid edənlər bildirirlər ki, Misir həbsxanalarında böyük sıxlıq var, ruhi xəstəxanalardakı ölümlər isə həkimlərin səhlənkarlığının nəticəsidir.

İfrat istilər nəticəsində ölkədə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Paytaxt Qahirədə metro işini dayandırmalı olub.

Xəbər verilir ki, dəhşətli istilər iyulun sonlarından bəri bütün Yaxın Şərqi bürüyüb.

XS
SM
MD
LG