-
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən avqustun 12-də daha 8 mln. ABŞ dolları itirib.
Report xəbər verir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1.62% devalvasiya edib. Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb.
Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-in zərəri 18 mln. dollara yaxın olub.