- Eduard Limonov, Aleksandr Dugin, Nikolay Starikov...
Ukrayna Dövlət Fiskal Xidməti Rusiyada nəşr olunmuş 38 kitabın Ukrayna ərazisinə gətirilməsini və oxunmasını qadağan etdi.
Ukrayna bu addımı öz vətəndaşlarını informasiya müharibəsində dezinformasiya, insana nifrət, faşizm, ksenofobiya, separatçılıq, ərazi bütövlüyünə təhdidlərdən qorumaq üçün atır.
“Qara siyahı”ya düşən kitabların müəllifləri Eduard Limonov, Aleksandr Dugin, Nikolay Starikov, Fyodr Berezin, Maksim Kalaşnikov, Sergey Buntovskidir.
Ukrayna Gömrüyündən içəri keçirilməsi qadağan olan kitablar arasında aşağıdakı kitabların adları çəkilir:
“Kiyev kaput”, “Müstəqil Ukrayna: layihənin süqutu”, “Ukrayna cəbhəsi. Maydan üzərində qırmızı ulduzlar”, “Ukrayna. Xaos və inqilab – dollar silahı”.
Keçən ilsə Ukrayna Rusiyada istehsal olunmuş 162 film və teleserialın ölkə ərazisində göstərilməsini qadağan etmişdi.
Oxu Zalı