Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:12

Azərbaycan jurnalist qətlində "liderdir" (İnfoqrafika)


. (ŞƏKLİ VURUB, İNFOQRAFİKAYA KEÇİN )

Son 10 ildə - 2005-ci ildən 2015-ci ilə qədər ölkə 4 dəfə jurnalist ölümü xəbəri ilə sarsılıb: bir jurnalist - Elmar Hüseynov, evinin qarşısında odlu silahla qətlə yetirilib, üç jurnalist - Rafiq Tağı, Alim KazımlıRasim Əliyev aldığı zərbələrdən bir daha ayağa qalxmayıb, xəstəxanada keçinib.

Daha bir jurnalistin - “Talışı-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbsxanda ağır xəstəlikdən vəfat etməsi xəbəri gəlib.

Son 10 ildə Azərbaycanın qonşuları Gürcüstanda və Ermənistanda jurnalist öldürülməyib.

Gürcüstan Sovet İttifaqından ayrılandan sonra ilk və son dəfə belə xəbəri (müharibədə həlak olan müxbirlər istisna olmaqla) 2001-ci ildə eşidib: Georgy Sanaya mənzilində qətlə yetirilib. ABŞ mənzilli Jurnalistləri Müdafiə Komitəsinə görə, qətlin motivi bilinmir.

Ermənistan Sovet İttifaqından qopandan sonra ilk və son dəfə 2002-ci ildə (müharibədə həlak olan bir reportyor istisna olmaqla) bir jurnalist haqda qara xəbər alıb: Tirgran Nagdalian öldürülüb. O, hakimiyyəti tənqid edən jurnalist kimi yox, prezident Robert Kocharianın yaxın adamı kimi tanınırdı.

Atası Sabir Hüseynov oğlu Elmar Hüseynovun qəbri üstündə
Atası Sabir Hüseynov oğlu Elmar Hüseynovun qəbri üstündə
Elmar Hüseynov. Gecə. Binanın girişi. Odlu silahdan atəş.
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid


Azərbaycan hakimiyyətinin sərt tənqidçisi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürüblər. Qətlin sifarişçiləri və icraçıları indiyədək həbs edilməyib. Ölümündən sonra jurnalistin həyat yoldaşı və o vaxt azyaşlı olan oğlu Norveçə mühacirət edib.

Hüquq-mühafizə orqanları Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib.

Rafiq Tağı
Rafiq Tağı
Rafiq Tağı. Binanın qarşısı. Bıçaq zərbələri. Xəstəxana. Qəfil ölüm.
Rafiq Tağı bıçaqlanması haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid


Yazıçı, jurnalist, həkim Rafiq Tağını 2011-ci ilin noyabrında naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıb, o, bir neçə gün sonra xəstəxanada qəfildən vəfat edib. Jurnalist bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.

Rafiq Tağı «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. O zaman iranlı ayətullah Fazil Lənkərani onun ölümünə fitva vermişdi. Yazıçını bir müddət sonra prezident əfv etmişdi.

Rafiq Tağı həmçinin Azərbaycan hakimiyyətini tənqid edən yazıları ilə yadda qalıb.

Alim Kazımlı. Polis idarəsi. Telefonun dəstəyi ilə başından zərbə. Beyinə qansızma.

“Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazimlı 2005-ci ilin iyunun 19-da xəstəxanada bir ay yatdıqdan sonra beyninə qan sızması diaqnozu ilə vəfat edib.
Alim Kazımov özü bildirmişdi ki, onu Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsində, şöbənin rəisi telefonun dəstəyi ilə onun başına zərbələr endirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov şöbə müdiri Abil Məmmədovun fotomüxbirə zorakılıq göstərməsi barədə məlumatları təkzib etmişdi.

Rasim Əliyev xəstəxanada
Rasim Əliyev xəstəxanada
Rasim Əliyev. Facebook statusu. Təpik zərbələri. Sınan qabırğalar.
Jurnalist Rasim Əliyev döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid


Və nəhayət jurnalist Rasim Əliyev 2015-ci il avqustun 9-da səhərə yaxın Bakı Klinik Mərkəzində vəfat edib.

Baş prokurorluğun məlumatında deyilir ki, o, futbolçu Cavid Hüseynov barədə tənqid yazdığına görə futbolçunun qohumları tərəfindən döyülüb, ağır xəsarət alıb, xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb.

Qohumlarının bildirdiyinə görə, Rasim Əliyevin qabırğaları sınıb, dalağı partlayıb.

Faktla bağlı "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynov və daha 5 nəfər həbs edilib.

Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu haqda deyib ki, prezident bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib və məsələni şəxsən nəzarətdə saxlayacaq.

Yaxınları və həmkarları Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb kimi ölkədə jurnalistlərin müdafiəsiz qalmasını göstərirlər.

Növruzəli Məmmədov
Növruzəli Məmmədov
Novruzəli Məmmədov. Milli azlıqların qəzeti. Türmə. Ürək tutması.

Milli azlıqların qəzeti “Talışı-sədo” qəzetinin baş redaktoru 2009-cu ildə Penitensiar Xidmətin müalicə müəssisəsində ürək xəstəliyindən vəfat edib.

Jurnalist ölümündən iki gün əvvəl vəkilinə deyib ki, ona göstərilən tibbi xidmət istənilən səviyyədə deyil.

Novruz Məmmədov dövlət çevrilişinə cəhd və dini-ayrı seçkiliyi qızışdırmaqda ittiham olunub, 10 il cəza almışdı.

Azərbaycan ən yüksək beynəlxalq tribunalarda söz və mətbuat azadlığının vəziyyətinə görə tənqid olunur, hakimiyyət isə bu ittihamların heç birini qəbul etmir.

ABŞ-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) nin 2015-ci il hesabatına görə, Azərbaycanda dünyada ən çox senzura tətbiq olunan 10 ölkə sırasında, 5-ci yerdədir. Azərbaycan bu sırada Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Efiopiyadan sonra yer alıb.

XS
SM
MD
LG