Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:17

«Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımlının səhhəti ağırdır


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər «Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımovun vəziyyəti ağırdır.



Əfəndiyev adına 2 saylı xəstəxananın həkimi Raisa Şvedovanın verdiyi məlumata görə, onun beyin damarlarında partlama olub və bunun nəticəsində beyninə qan sızıb. Həkimin dediyinə görə, damar partlaması əsəb sarsıntısından da ola bilər, zərbə nəticəsində də. Onun sol tərəfi iflic vəziyyətinə düşüb, çətinliklə danışır.



Alim Kazımov özü isə deyir ki, bu vəziyyətə Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsində polis zorakılığı ilə üzləşəndən sonra düşüb. Onun sözlərinə görə, şöbənin rəisi telefonun dəstəyi ilə onun başına zərbələr endirib.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov şöbə müdiri Abil Məmmədovun fotomüxbirə zorakılıq göstərməsi barədə məlumatları təkzib edir.



Alim Kazımov xəstəxanaya dekabrın 28-də düşüb. «Yeni Müsavat» qəzeti və jurnalist təşkilatları rəhbərliyinin daxili işlər naziri Ramil Usubova çoxsaylı müraciətləri olub. DİN-dən verilən məlumata görə, hadisəylə bağlı cinayət işi qaldırılmayıb.
XS
SM
MD
LG