Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:35

Prokuror 14 nəfərə cəza istəyib


Emin Şəkinski
Emin Şəkinski

-

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarını saxta sənədlə ölkədən çıxarmaqda təqsirləndirilən 14 nəfərin məhkəməsi davam edib.

Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilənlər haqda cəza istəyib.

Namiq Camalovun 9, Pənah Dadaşov və Raqub İsbəndiyarovun 7 il, digərlərinin (Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun) 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, polis nəzarətində olan bu şəxslərin məhkəmə zalında həbs olunmalarını istəyib.

Məhkəmədə müdafiəçilər çıxış edib. Avqustun 18-də məhkəmə müdafiə tərəfinin çıxışları ilə davam edəcək.

DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinski ötən il keçmiş həyat yoldaşı tərəfindən ona məxsus pulların oğurlanması, övladlarının ölkədən saxta sənədlə çıxarılması ilə bağlı ərizə verib. Bundan sonra həmin ərizə əsasında
hazırda məhkəmə qarşısında dayanan Bərdə sakinləri həbs olunub.

XS
SM
MD
LG