Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

Günay Səma Şirvanın ikinci kitabı çıxıb


- Yazar Günay Səma Şirvanın yeni kitabı işıq üzü görüb. “Tanrının hekayəsi” adlanan kitab “Ayrılan yolların nəğməsi”ndən (Bakı-2013) sonra yazarın oxucularla ikinci görüşüdür.

Kitabda şairin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanıb.

Müasir cəmiyyətdə qadın taleyi, ədalətsizliyə, haqsızlığa qarşı üsyankarlıq, “itirilmiş” doğmaların ağrısı, nisgili, məsum sevgi notları, “min ilin qəriblik” hissi – onun poetik axtarışlarının kökündə duran əsas məqamlardır.

Oxucular həmçinin kitabda müəllifin insan-insan, təbiət-insan münasibətlərinə özünəməxsus baxışları ilə tanış olacaqlar.

“Apostrof” nəşriyyatında çıxan “Tanrının hekayəsi” kitabının redaktoru şair-etnoqraf Nəriman Tolışi, Ön sözün müəllifi şair Yavər Həsəndir. Kitab 500 nüsxəylə çap olunub.

Günay Səma Şirvan bu şeirilə Ədəbi Azadlıq şeir müsabiqəsinin iyirmiliyinə düşmüşdü:

Tanrının yaratdığı hekayə

XS
SM
MD
LG