Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 21:52

Azərbaycan qazına terror hücumu


Foto illüstrasiya

-

«Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin Qarsdan keçən hissəsində terrorçuların hücumu nəticəsində partlayış olub».

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız yazılı açıqlamasında bildirib.

«Gecə Ərzurumdan ölkəmizin qərbinə təbii qaz ötürən Bakı-Tbilisi-Ərzurum təbii qaz xəttinə hücum olub. Əllərindən gəlsə, təkcə Çukurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və qazsız qoyarlar» - bəyanatda deyilir.

Avqustun 4-də Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış olub. «Anadolu» agentliyinin xəbərinə görə, partlayışın səsi isə 20 km uzaqlıqdan eşidilib.

XS
SM
MD
LG