Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 01:43

Rusiyalı siyasətçi Ukrayna vətəndaşı oldu


Maria Gaidar.

-

Rusiyalı siyasətçi Maria Gaidar Ukrayna vətəndaşlığını qəbul edib.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 4-də prezident Petro Poroshenko Maria Gaidarın vətəndaşlığa qəbulu haqqında sənədə imza atıb. Maria Gaidar hazırda Ukraynanın Odessa vilayətinin sosial məsələlər üzrə qubernator köməkçisidir.

Vilayətin qubernatoru, keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili onu iyulun 17-də köməkçi təyin etdiyini bildirmişdi. 32 yaşlı Gaidar Rusiyanın keçmiş baş naziri Yegor Gaidarın qızıdır.

O, prezident Putini çəkinmədən tənqid edənlərdəndir. Ukraynada Rusiyaya meyilli Viktor Yanukovich hökumətinə qarşı etirazlardan sonra hakimiyyətə gələn Poroshenko hökuməti bir neçə xarici vətəndaşı dövlət postuna təyin edib.

XS
SM
MD
LG