Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

“Qarabağ” bilet satışını bərpa edir


Arxiv fotosu

-

“Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” “Celtic” qarşılaşmasının biletləri avqustun 2-də satışa çıxıb. Kassalar önündəki izdihamdan istifadə edən bəzi işbazlar qeqri-leqal biletlər satıblar”.

“Qarabağ” furbol klubunun bəyanatında bildirir ki, bu səbəbdən klub kassaları bağlayıb. “Hüquq mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb”.

Komandanın bəyanatında bildirilir ki, avqustun 3-də səhər tezdən satış yenidən bərpa olunacaq: “Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla işbazların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız”.

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1-10 manat arasında dəyişir.

“Qarabağ”la “Celtic” (Şotlandiya) arasında qarşılaşma avqustun 5-də saat 21.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Səfər matçında “Qarabağ” meydan sahiblərinə 0:1 hesabı ilə məğlub olmuşdu.

Multimedia

XS
SM
MD
LG