İstəyirsən, uşağının şəklini ver, 10 günə hazırladaq
"İndi bazardakı bütün çantalar Çində sexlərdə hazırlanır. İstəyirsən, uşağın şəklini sifariş ver, 10 günə hazırladaq. Ötən il “Bomba oğlanam” çantaları gətirmişdilər. Yaxşı da satıldı."-
bunu dükanda Virtualaz.org-un müxbirinə deyiblər. Sual isə belə olub ki, üstündə "Həci başqadu, Yavər" kimi yazılar olan məktəb çantaları hardan gəlir. Məktəb malları bazarı kimin əlindədir?
635 bal toplayan bu komada böyüyüb
Media eksperti Ələsgər Məmmədlinin yaydığı məlumata görə, "17 ildir tək otaqlı torpaq komada atasının ölümündən sonra anası ilə tək, sıxıntılarla yaşayan gənc qonşum 3 -cü qrupda 635 bal toplayıb".
"Quzanlı kənd məktəbindən bundan əlavə bir uşaq 650, başqa birisi 631 bal toplayıb. Cəmi 22 nəfər universitet qazanıb. Deməli, oxuyan üçün yerin, mühitin, varlığın heç bir rolu yoxdur". Bu məlumatı Qafqazinfo verir. Həmin gəncin böyüdüyü evin şəkli
"Celtik" Zəngilanlı köçkünlərlə futbol oynayıb
Şotlandiyanın Celtik klubunun saytı xəbər verir ki, Bakıya gələn Celtik oyunçulartı, başda hücumçu Nadir Ciftci olmaqla, Zəngilan köçkünləri yaşayan kompleksə gediblər və orada məktəbin idman zalında köçkün uşaqları ilə futbol oynayıblar.
Özü türk olan Ciftci deyib ki, "mən heç vaxt Azırbaycanda olmamışam, ancaq Azərbaycandan Türkiyənin ətri gəlir" . Şəkillər və ətrafl məlumat Celtikin saytında