Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 06:14

AzadlıqLive - Nazirin "Bank Technique"-də 10 milyonu batır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Nazir "Bank Technique"-dən 10 milyonunu ala bilmir

Özəl mənbələrin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Bank Technique”də vəziyyət hər gün daha da pisləşir. "Bankda xeyli dövlət qurumunun vəsaiti hələ də qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Nazir Heydər Əsədov dəfələrlə bank rəhbərliyinə müraciət etsə də, deyilənə görə, ortada nəticə yoxdur. Bizə çatan məlumatda o da bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident Administrasiyasına, baş nazir Artur Rasizadəyə də şikayət edib. Lakin hər iki instansiya ona deyib ki, nazirliyin pulunu bankdan çıxarmasına hər hansı köməklik göstərə bilməyəcəklər.

Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır."

XS
SM
MD
LG