Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:14

AzadlıqLive - Nazirin "Bank Technique"-də 10 milyonu batır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

“Sentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir."

Bunu Azərbaycan Dəmir Yolları” -nın rəisi Cavid Qurbanov jurnalistlərə deyib və əlavə edib ki: “Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikililər var, onları təmizləmək lazımdır. Həmin evlərin ilk öncə qeydiyyatı aparılır, daha sonra onlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə təqdim olunur. Ondan sonra hökumət kompensasiya ayırırsa, bu tikililərə görə pullar verilir və qanunsuz tikililər sökülür.

Sürətin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var, biz bunları da düzəldirik. Orta sürət 80-100 olmalıdır ki, sərnişin 40 dəqiqə ərzindən Sumqayıtdan Bakının mərkəzində ola bilsinlər. "

O bildirib ki, hesablamalara görə, hazırda insanlar Bakıdan Sumqayıta getmək üçün təqribən 1,2 manat sərf edir: “Bakı-Sumqayıt marşrutu üzrə birbaşa sürət qatarı işə düşəndən sonra gediş haqqı daha ucuz olacaq”.

Yol Polisi sürücülərə xəbərdarlıq edir

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: “Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir."

"İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir".

Bakıda qapısı açıq avtobusdan yıxılan qadın

Qapısı açıq avtobusdan yıxılan qadın ölüb. Bunu Daxili İşlər Nazirliyinin saytı bildirir:
"Avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.Araşdırma aparılır."

Sterligov Rusiyaya qayıda bilmir

Rusialı iş adamı German Sterligov Azərbaycanın qorxusundan Ermənistandan Rusiyaya qayıda bilmir. Ermənistanda ona deyiblər ki, Azərbaycan onu beynəlxalq axtarışa verdiyinə görə, o, Rusiya sərhəddinı çatan kimi rusiyalı sərhədçilər onu saxlamalıdır. Bunu onun vəkili Ayrapetov İnterfaksa deyib.

Davamı

XS
SM
MD
LG