Azərbaycanda kompüterin virusa yoluxma riski yüksəkdir
Dünyanın aparıcı antivirus istehsalçılarından olan “Kasperski laboratoriyası” bu ilin ikinci rübünün yekunlarına həsr olunmuş hesabatını dərc edib.İkt. Lent. Az-ın “ICTnews”a istinadən verdiyi məlumata görə, virusa ən çox məruz qalma riskli ölkələr Rusiya, Qazaxıstan, Ukrayna, Suriya, Belarus, Tailand, Moldova və Vyetnamdır. Burda virusa yoluxma ilə bütün kompüterlərin 30-38 faizi üzləşir. Azərbaycanda da bu risk yüksəkdir.Hesabat dövründə Azərbaycanda istifadəçilərin 32,16 faizi internet vasitəsi ilə virusa yoluxma riski ilə üzləşib.
Virusa yoluxma riskinə ən çox məruz qalan ölkələrin 20-liyinə Ermənistan, Qırğızıstan, Xorvatiya, Əlcəzair, Qətər, Çin, Monqolustan, Makedoniya, Bosniya və Herseqovina və Yunanıstan daxil olub.
Argentina, Niderland, Koreya, İsveç, Paraqvay və Danimarka kimi ölkələrin internet məkanı 10-13 faizlə ən az riskli internet seqmentidir.
Məktəb çantaları üzərində qəribə yazılar
Bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantalar, daha doğrusu, bunlar üzərində yazılar müzakirələrə səbəb olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, çantaların üzərindəki yazılar müsbət qarşılanmır. Sosial şəbəkələrdə yayılan fotoda görünür ki, çantaların üzərinə “Həci başqadu, Yavər”, “İ love Haci Şahin” və s. sözləri yazılıb. Şəkli burada
Ronaldo yunan adasını hədiyyə etdi
Real Madrid-in hücumçusu Cristiano Ronaldo öz agenti Jorge Mendesin toyuna yunan adasını hədiyyə etdi. Adanın adı bildirilmir, ancaq dəyəri bir neçə milyon dollardır. Adaların elanlarında qiymət 3 milyon avrodan başlayır.Mendes isə futbol talantlarını üzə çıxartmaqda ən uğurlu agentlərdən biridir. Onun var-dövləti 100 milyon avrodur.
Polisi söyən sürücü
Yol polis əməkdaşlarının Qubada keçirdiyi reyddə maraqlı anlar yaşanıb
Reyd zamanı polisin "saxla" əmrinə tabe olmayan sürücü saxlanıldıqda söyüş söyərək özünü təmizə çıxarmağa çalışır.
Quba yol polisinin istirahət mərkəzlərinin yaxınlığında keçirdiyi reyd bu görüntülərlə yadda qalıb. (avtosfer.az)