Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankı məhkəməyə verir
Hacı İbrahim Nehrəmli “Bandotdel”-ə aparılması xəbərlərini əsassız adlandırıb:
"Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən çağırmışdılar. Lakin bu onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında “Bandotdel”- dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Məndə bu gün görüşmək üçün idarəyə gedəcəm". O bunu ANS Press-ə deyib.
Nehrəmli Beynəlxalq Banka olan borcunu da açıqlayıb. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu var.
Beynəlxalq Bankdan nümayəndə heyət onun 5 obyektini qiymətləndirib: "Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir “Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".
Premyer Liqa oyunlarının yayımını "Rövnəq Abdullayevin televiziyası" aldı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub. Media bu xəbəri belə şərh edir ki, "Premyer Liqanın yayım hüququnu Rövnəq Abdullayevin kanalı aldı."
AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Premyer Liqa oyunlarını 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək.
Bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər bölünəcək.
CBC beynəlxalq peyk TV olduğundan və xarici dillərdə yayımlandığından, ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə oyunlar AFFA-nın YouTube (AFFA Official) kanalında yayımlanacaq. "CBC Sport" kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq.
Virtualaz xatırladır ki, “ATV İnternational” “Azad Azərbaycan” televiziya kanalından ayrılaraq SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərir.