-
İyulun 31-də Samux rayonunda baş verən yol qəzasında ölənlərin sayı 5-ə çatıb.
Gəncə Təcili Tibbi Yardım Stansiyasından apa-ya verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.
Ölənlər arasında azyaşlılar da var.
«VAZ-2106» markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşaraq çayın yatağına düşüb.
Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.