Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 16:52

Zakir Həsənov Moskvaya gedir


Zakir Hasanov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya səfər edəcək.

APA-nın məlumatına görə, nazir avqustun 1-15 arası Moskva vilayətindəki poliqonda keçiriləcək “Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Zakit Həsənovun rusiyalı həmkarı Sergei Shoygu ilə görüşü də nəzərdə tutulur.

Birinci “Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər.

Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxildir.

Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. “Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək.

Bu yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və Çin dəizçiləri mübarizə aparacaq.
Yarışda hərbi gəmilərin döyüş hazırlığı yoxlanılacaq.

Müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.

XS
SM
MD
LG