Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 09:41

İtkin düşən Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qırıntı analiz üçün Fransanın Tuluza şəhərinə göndərilməlidir.

Bu barədə iyulun 30-da Malayziyanın baş naziri Nacib Razak məlumat verib.

Qırıntı Hind okeanındakı adada tapılıb.

Təxminən 2 metrlik qırıntının ötən ilin martından axtarılan Boinq-777 təyyarəsinə məxsus olduğu güman edilir.

Tuluzada aparılacak ekspertizada Malayziyadan olan mütəxəssislər də iştirak edəcək.

Təyyarə qanadının parçası iyulun 29-da tapılıb.

Boinq -777 təyyarəsi Kaila-Lumpadan Pekinə uçarkən itkin düşüb.

Təyyarənin göyərtəsində 239 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG